Nəsimi rayonunda görülən işlər barədə
20 Yanvar küçəsi 1və 3 saylı binaların qarşısında səkilərə tamet daşları döşəmişdir-1200 kv.m
Ə.Salamzadə küçəsinə 95, Vaqif prospekti ətrafında yerləşən park və yaşıllıq zolaqlarına 365 ədəd həmişəyaşıl ağaclar əkilmişdir.
Ə.Salamzadə küçəsində yol kənarlarında yerləşən tikililərin fasadları rənglənmiş, üzlük vurulmuş, səkilərə tamet döşənmiş, hasarlar yenilənərək yaşıllıq zolaqları salınmış, qazon və həmişəyaşıl ağaclar əkilmiş, işlər davam etdirilir.
3-cü Alatava yaşayış sahəsində yol kənarlarında yerləşən yaşayış evlərinin fasadları rənglənmiş, yüngül konstruksiya ilə yolboyu hasar quraşdırılır- işlər yekunlaşmaq üzrədir.
C.Səlimov küçəsi 7, 9 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılmışdır.
C.Məmmədquluzadə ilə S.Vurğun küçələrinin kəsişməsi, Ş.Əzizbəyov və M.Qaşqay küçələrinin kəsişməsinə qədər, R.Rza küçəsi-6000 kv.m asfaltörtüyü vurulmuşdur. S.Əsgərova küçəsində bardyürlar dəyişdirilmiş və 92, 94, 98, 111 saylı yolboyu divarlara üzlük daşlar vurulmuş, asfalt örtüyü yenilənmişdir.
D.Əliyeva küçəsində kommunikasiya xətləri dəyişdirilmiş, asfalt örtüyü vurulmuş, bardürlar dəyişdirilmişdir.
Pişəvari küçəsi boyu köhnə bardyürlar çıxarılmış, yenisi ilə əvəz olunması işləri aparılır.
Ə.Salamzadə küçəsində körpünün sağ yan hissəsinə yeni asfalt örtüyü vurulmuşdur.
S.Rüstəm küçəsində 1500 kv.m, Mərdanov qardaşları küçəsində 1000 kv.m asfalt örtüyü yenilənmişdir.
Heydər Əliyev adına İdman Konsert Kompleksinin fasadı yenilənmiş, ətrafda əsaslı abadlıq işləri aparılmış, səkilərə tamet daşları döşənmiş və hal-hazırda bu işlər dəvam etdirilir.
M.Qaşqay küçəsində 450 p.m. yeraltı, 650 p.m.yerüstü və M.Sənani küçəsində 154 p.m. qaz xətti dəyişdirilmişdir.
D.Əliyeva küçəsində 100 p.m., Ş.Əzizbəyov küçəsində 20 p.m. su xətti, Y.V.Cəmənzəminli küçəsində 13 p.m. və B.Səfəroğlu küçəsində 10 p.m. kanalizasiya xətti dəyişdirilmiş, Azdlıq pr. və Bül-bül pr., İ.Qasımov və S.Sarabski küçələrində müxtəlif diametrli ümümilikdə 518 p.m. su xətti yenilənmişdir.
Rayon ərazisində su xətləri çəkilərkən H.Seyidzadə küçəsi 17, 23, 25, 35, 37 ünvanlarında 460 kv.m, Cavadxan küçəsi 54, 56, 58, 60 ünvanlarında 300 kv.m. məhəllədaxili yolun qazılmış hissəsi təmir olunmuş, H.Seyidzadə küçəsinin M.Cəlal küçəsinin kəsişməsindən 4-cü mkr. dairəsinə qədər 250 kv.m. yolun dağılmış hissəsinə asfalt örtüyü vurulmuşdur.
C.Səlimov, S.Zeynalov, S.Rüstəm, S,Əsgərova, H.Əliyev küçələrində ümümlikdə 44 ədəd işıq dirəkləri yeniləri ilə əvəz olunmuşdur.
H.Seyidzadə küçəsi 2a ünvanda binanın tüstü bacaları təmizlənmişdir.
H.Seyidzadə küçəsi 2a ünvanda istilik xətti cəri təmir olunmuş, S.Vurğun, S.Rüstəm küçələrində və Bakıxanov prospektində 112 p.m. istilik xətti dəyişdirilmişdir.
Ə.İsgəndərov küçəsi 7 ünvanda qanunsuz vurulmuş dirəklər sökülmüşdür.