Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda tətbir keçirildi

10 aprel 2015 | 15:00

10.04.2015-ci il tarixdə A.Novruzbəyli adına 46 saylı orta məktəbdə narkotik maddələrin insan orqanizminə vurduğu zərərdən, narkotikdən istifadənin nəticədə gənclərin ölümünə səbəb olmasından və valideyinlərin düçar olduğu fəlakətdən bəhs edən "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı qısametrajlı film nümayiş etdirildi.

Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası”nın bir qrup üzvü, rayon Veteranlar Şurasının sədri, rayon Polis İdarəsinin məsul şəxsləri çıxış etdilər. Onlar yuxarı sinif şagirdləri ilə film barəsində öz fikirlərini bölüşdülər. Şaqirdləri maraqlandıran suallara ətraflı cavab verdilər.

Keçidlər