Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir

10 aprel 2015 | 15:00

Dövlət Başçısının ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Nəsimi rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır.
Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri  xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. İdiyə qədər  76 177 nəfər tibbi müayinədən keçib. Onlardan 75 895 nəfəri ambulator, 282 nəfəri isə stasionar diaqnozları təyin edilmişdir.
Hal-hal hazırda əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir.

Keçidlər