Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir

11 aprel 2015 | 15:00

Bu gün Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun Tbilisi prospektində, H.Ələsgərov, S.Vurğun və Ə.Salamzadə küçələrində 300 həmişəyaşıl ağac, o cümlədən çinar, kiparis, Eldar şamı, sərv, küknar və s. dekorativ ağaclar əkilmişdir.

Həmçinin rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bu işlərdə rayondakı idarə, müssisə və  təşkilatların nümayəndələri, o cümlədən gənclər fəallıq nümayiş etdirmişlər.

Keçidlər