Nəsimi rayonunda «Yaşıl marafon» uğurla davam edir
Aprelin 18-də Nəsimi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Nəsimi rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir. Ümumrespublika Yaşılladırma Marafonu çərçivəsində rayonun Ə.Qasımzadə küçəsində ümumilikdə 200-dən artıq ağac əkilib.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Ümumrespublika Yaşılladırma Marafonu təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.