Nəsimi RİH-nin məsul əməkdaşları veteranların evlərində olmuşlar
Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 1060 nömrəli, 23 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının 10 mart 2015-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə rayonun tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq nəzərdə tutulan tədbirlər planının yüksək səviyyədə həyata keçirilməsinə başlanılmışdır. 20 aprel 2015-ci il tarixdə RİH başçısının müavini Gülarə Verdiyeva və RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birgə rayon ərazisində yaşayana veteranların evlərində olmuş, onların problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmçinin rayon İcra Hakimiyyəti tərəfindən həmin ailələrə ərzaq yardımları edilmişdir.
Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar rayonda silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.