Şriftin ölçüsü :

Saytın rəngi :

"Qələbə 70" tədbirlər silsiləsindən 90 yaşı tamam olmuş bir qrup müharibə iştirakçılarının təltif olunmasına həsr olunmuş iclas keçirilmişdir

30 aprel 2015 | 15:00

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev II Dünya Müharibəsində Faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıqlarından danışdı. Qeyd etdi ki, dünyanın faşizm taunasından xilas edilməsində misilsiz döyüş rəşadəti göstərən müharibə veteranları hər cür qayğı və diqqətə, hörmət və ehtirama layiqdirlər. Müstəqilliyin ilk illərində müharibə veteranlarına göstərilən ögey münasibətlərdən söz açan natiq, məhz Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onların cəmiyyətdəki mövqeyinin yenidən yüksəltdiyini, bütün status və imtiyazlarının bərpa olunduğunu diqqətə çatdırdı. Sonra bu il 90 illik yubileyini qeyd edən 6 nəfər müharibə veteranına Nəsimi rayon İcra Hakimiyyətinin və Respublika Veteranlar Şurasının Fəxri Fərman və hədiyyələri təqdim olundu.

Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıdan razılığını bildirdi. Əlavə etdi ki, II Dünya Müharibəsinin odlu-alovlu yollarından keçən döyüş rəşadəti göstərən veteranlarla belə görüşləri gənclərin hərbi vətənpərvərliyi və milli-mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayır.

Müharibə veteranlarının qayğı və problemlərinə göstərilən həssas münasibətə görə Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi "Veteranların həmrəylik medalı" ilə təltif olundu.

Çıxış edən veteranlar göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra Azərbaycan xalqı böyük vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edən film nümayiş olundu.

Tədbir veteranlar üçün açılan çay süfrəsi ilə davam etdirildi. 

 

Keçidlər