Nəsimi rayonunda növbəti tibbi müayinə aksiyası
Dövlət Başçısının ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Nəsimi rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır. Müayinələr rayon ərazisindəki 1, 3, 5 və 20 saylı poliklinikalarda aparılır və bu məqsədlər həmin tibb müəssisələrində bütün lazımi şərait yaradılıb.
5 saylı poliklinikada keçirilən tibbi müayinədən öncə komissiya üzvləri sakinlərlə görüşərək, onların arzu və istəkləri ilə maraqlandılar. Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. İdiyə qədər 113.116 nəfər tibbi müayinədən keçib. Onlardan 112.724 nəfəri ambulator, 392nəfəri isə stasionar diaqnozları təyin edilmişdir.
Müayinələr zamanı səhətində hər hansı problem çıxan sakinlər daha dərin müayinə və müalicələr aparılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir.
Yataq xəstəsi olan yaşlı və səhəti ilə əlaqədar poliklinikalara gələ bilməyən rayon sakinlərinin tibbi müayinəsi səyyar həkim briqadaları tərəfindən elə evlərindəcə həyata keçirilmişdir. Tibb işçiləri İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birgə belə sakinlərin mənzillərində olur, onları hərtərəfli müayinə edərəkmüvafiq müalicə kursu təyin edirlər. Aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir.