Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimin rayonunda Qələbənin 70-ci ildönümü qeyd edilmişdir

09 may 2015 | 15:00

Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin 70-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da böyük təntənə ilə qeyd edildi. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda əfsanəvi kəşfiyyatçı, həmyerlimiz Rixard Zorgenin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev müharibə veteranlarını bayram münasibətilə təbrik etdi və bildirdi ki, 70 il əvvəl dünyanı faşizm rəzaləti və dəhşətlərindən xilas edən, xalqlara azadlıq gətirən insanlar dərin hörmətə və minnətdarlığa layiqdirlər. Biz bugünkü firavan həyatımıza görə bu rəşadətli insanlara borcluyuq.

1941-1945-ci illərdə Azərbaycanda faşizm üzərində qələbə uğrunda əlindən gələni əsirgəməmiş, yüz minlərlə soydaşımız cəbhədə hünər göstərmişlər. Biz həmin müharibədə öz canları hesabına möhtəşəm qələbəni təmin etmiş insanların ruhları qarışsında baş əyirik. Nəsib Məhəməliyev ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğuladı. Milli Məclisin deputatı Asim Mollazadə veteranları təbrik etdi və onlara cansağlığı arzuladı.

Sonra veteranlara “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medallarının təqdimolunma mərasimi keçirildi və onlara maddi yardım verildi.

Rayon ərazisindəki “1941-1945” abidəsi önünə gül dəstələri düzüldü. Onların şərəfinə çay süfrəsi açıldı..

Həmin gün yataq xəstəsi olan veteranlara evlərində baş çəkildi. Onlara yubiley medalları təqdim edildi və maddi yardım verildi.

 

Keçidlər