I-ci Avropa Oyunları ərəfəsində yanğın hadisələrinin qarşısının alınması, yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə iclas keçirilmişdir
19.05.2015-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhərində keçiriləcək I-ci Avropa Oyunları ərəfəsində yanğın hadisələrinin qarşısının alınması, yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə geniş iclas keçirilmişdir. İclasda RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət İdarəsinin məsul əməkdaşları iştirak etmişlər.
İclası giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I-ci müavini Ağa-Əli Əhmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin perspektiv fəaliyyətinin bütün dövrlərində prioritet istiqamətlərindən biri də xalqın təhlükəsiz yaşamasına təminat verməsindən danışdı.
Sonra çıxış edənlər - 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin rəis müavini Əlizadə Əsgərov, 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin Normativ iş şöbəsinin rəisi Elnur Babayev, rayonun xidmət sahələrinin məsul əməkdaşları mövzu ətrafında fikir mübadiləsi aparmışlar. Yekunda Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Ağa-Əli Əhmədov çıxışları qənaətbəxş hesab etmiş və aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdi.