"Narkomaniyaya yox deyək" mövzusunda silsilə tədbirləri davam etməkdədir
21.05.2015-ci il tarixdə N.Axundov adına 1 saylı orta məktəbdə narkotik maddələrin gənclərin həyatına törətdiyi təhlükədən bəhs edən tədbir keçirildi. Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası”nın bir qrup üzvü, rayon Veteranlar Şurasının sədri, rayon Polis İdarəsinin məsul şəxsləri öz çıxışlarında narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrindən olduğunu bildirdilər. Narkotikdən istifadə edən gənclərin həyatına, sağlamlığına, təhsilinə, dostlarına qarşı münasibətinə vurduğu zərərdən danışdılar. Sonra "Narkomaniyaya yox deyək" adlı video-rolika baxıldı. Şaqirdləri maraqlandıran suallara ətraflı cavab verdilər.