Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniyaya yox deyək" mövzusunda silsilə tədbirləri davam etməkdədir

22 may 2015 | 15:00

22.05.2015-ci il tarixdə T.Həsənov adına 23 saylı orta məktəbdə narkotik maddələrin gənclərin həyatına törətdiyi təhlükədən bəhs edən tədbir keçirildi. Tədbirdə yuxarı sinif şaqirdləri virusa yoluxma halları və onun törətdiyi ağır fəsadlardan bəhs edən kiçik səhnəciklər göstərdilər. Sonra "Narkomaniyaya yox deyək" adlı video-rolika baxıldı.

Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası”nın bir qrup üzvü, rayon Veteranlar Şurasının sədri, rayon Polis İdarəsinin məsul şəxsləri öz çıxışlarında narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrindən olduğunu bildirdilər. Narkotikdən istifadə edən gənclərin həyatına, sağlamlığına, təhsilinə, dostlarına qarşı münasibətinə vurduğu zərərdən danışdılar. Şaqirdləri maraqlandıran suallara ətraflı cavab verdilər.

Keçidlər