Nəsimi Rayon İcra Hakimikyyəti başçısı yanında 19.05.2015-ci il tarixdə Binəqədi rayonu ərazisində yanğın nəticəsində baş vermiş faciə ilə əlaqədar geniş müşavirə keçirilmişdir
21.05.2015-ci il tarixdə Nəsimi Rayon İcra Hakimikyyəti başçısı yanında 19.05.2015-ci il tarixdə Binəqədi rayonu ərazisində yanğın nəticəsində baş vermiş faciə ilə əlaqədar rayon idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə hadisə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra RİH-nin başçısı Nəsib Məhəməliyev baş vermiş faciə ilə əlaqədar cənab Prezident İlham Əliyevin müvafiq sərəncam ilə yaradılmış dövlət komissiyasının ilk iclasında cənab Prezidentin çıxışından irəli gələn məsələlərdən danışmış, cənab Prezidentin fəaliyyətinin prioritet istiqamətlərindən birinin də xalqın təhlükəsiz yaşamasına təminat verməsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd olunmuşdur ki, rayon ərazisində yanğından mühafizə tədbirlərinin gücləndirilməsi üçün aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmalı, komissiya qısa zaman ərzində rayon ərazisində yanğın təhlükəsi yarada biləcək yaşayış və qeyri yaşayış binalarını müəyyən etməli, bu barədə balans sahiblərinə məlumat verməli və aidiyyatı qurumların iştirakı ilə mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Daha sonra RİH-nin başçısı Nəsib Məhəməliyev əvvəlcədən verilmiş tapşırıq əsasında rayon ərazisində müəyyənləşdirilmiş yanğın təhlükəsi yarada biləcək ünvanlarda təhlükəsizlik tədbirləri görülməsi üçün, RİH-i əməkdaşlarına və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Tədbirdə iştirak edən aidiyyatı qurum rəhbərləri müzakirə olunan məsələnin mühüm əhəmiyyət kəsb etdiyini üeyd edərək müxtəlif təkliflər verdilər.
Tədbirə yekun vuran RİH başçısı Nəsib Məhəməliyev müvafiq komissiyanın və iççi qruplarının yaradılması və ətraf mühütün qorulması üçün müvafiq tapşırıqlarını verdi.