Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda İnsan Hüquqları aylığı çərçivəsində silsilə tədbirlər keçirilir

26 may 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan hüquqları” günü kimi qeyd olunur. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il may ayının 18-dən iyunun 18-dək respublikamızda olduğu kimi Nəsimi rayonunda da insan hüquqları aylığı keçirilir.

Ölkəmizdə demokratik təshizatların fəaliyyətinin daha da genişlənməsi  Nəsimi rayonunda fəaliyyət göstərən qurum və təşkilatların işinə də öz müsbət təsirini göstərmişdir. Aylıq çərçivəsində vəzifəli şəxslərin və ictimai təşkilat nümayəndələrinin rayon gəncləri ilə görüşlərinin təşkil edilməsi, ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masaların, insan hüquq və azadlıqlarının qorunması istiqamətində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün aidiyyatı idarə, müəssisə, təşkilat və təhsil müəssisələri rəhbərlərinə aylıq çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi tövsiyyə olunmuşdur.

Hal-hazırda bu yöndə işlər davam etdirilir.

Keçidlər