Ətraf mühiti qoruyaq!
Məlum olduğu kimi hər il respublikamızda 5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” kimi qeyd olunur.
Respublikamızda olduğu kimi Nəsimi rayonunda da ətraf mühitin mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Rayondakı bütün parklar əsaslı təmir edilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmış, oktyabr-noyabr və fevral–mart aylarında rayonun ayrı-ayrı ünvanlarında minlərlə həmişəyaşıl ağaclar, dekorativ kollar və gül çiçəklər əkilmiş, mövcud yaşıllıqlara qulluq daim diqqət mərkəzində saxlanılmışdır.
Ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar rayon ərazisində genişmiqyaslı yaşıllaşdırma, abadlıq işləri aparılmış, rayonun sanitar vəziyyəti daim nəzarətdə saxlanılmışdır.
5 iyun Beynəlxalq Ətraf mühitin mühafizəsi günü münasibəti ilə rayonda idarə, müəssisə, təşkilat, qeyri hökumət təşkilatlarının və gənclərin iştirakı ilə silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Yekun tədbir olaraq iyunun 5-də rayon İcra Hakimiyyətinin təşkilatçılğı və təşəbbüskarlığı ilə rayonda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.