Şriftin ölçüsü :

Saytın rəngi :

"Son Zəng" günü

29 may 2015 | 15:00

Bu gün Azərbaycanın bir sıra məktəblərində “Son zəng” qeyd olunur. Hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Nəsimi rayonunda bu gün 27 ümumtəhsil məktəblərin hər birində son zəng qeyd edilir. 27 tam orta məktəbdə 24.932 şagird təhsil alır ki, bunlardan 2014-2015-ci tədris ilində 1652-si XI sinif şagirdləridir. Rayondakı məktəblərin 25-i əsaslı təmir olunmuş,15-də yeni korpus tikilmiş və müasir maddi-texniki baza ilə təchiz edilmişdir.

2011-2013-cü illərdə "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı "nın icrası ilə əlaqədar 2014-cü ildə 46, 54 saylı tam orta məktəblər və Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksi əsaslı təmir edilmişdir. 2014-2016-cı illərdə "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Hal-hazırda 1 saylı tam orta məktəb üçün əlavə sinif otağı və idman zalının tikintisi davam etdirilir, Texniki Humanitar Liseydə əsaslı təmir işlərinə başlanılmışdır.

Ötən 2013-2014-cü tədris ilinin nəticələri rayon üçün uğurlu olmuşdur. XI sinfi bitirmiş 1755 şagirdin 1214-ü , yəni 69,2 %-i müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Onlardan 31 nəfər abituriyent 600-dən , 12 nəfər abituriyent isə 650-dən artıq balla ali təhsil müəssisələrinə qəbul olunanlardır.

Əmin olmaq istərdik ki, bu ilin göstəriciləri də rayonumuzun təhsil işçiləri üçün uğurlu olacadır. Respublika fənn Olimpiadalarında 4 şagirdimiz qızıl, 3 şagirdimiz gümüş, 1 şagirdimiz isə bürünc medala layiq görülmüşdür.
Bütün məzunlara Nəsimi rayon İcra Hakimiyyəti adından uğurlar diləyir, son zəng münasibətilə əziz müəllimlərimizi və hörmətli valideynləri təbrik edirik.

Keçidlər