Nəsimi rayonunda “1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə silsilə tədbirlər keçirilmişdir
“1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayonun 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə uşaqların əl işlərindən ibarət sərgi təşkil edilmiş, sonra əl işlərinin satışı təşkil olunmuşdur. Rəngarəng əl işləri sərgiyə gələnlərdə xoş ovqat yaratmışdır.
Tədbir iştirakçıları bir-birindən maraqlı musiqi nömrələrini dinləmişdir. Tədbirin sonunda fiziki cəhətdən qüsurlu 50 nəfər məktəbliyə nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində məktəblilər müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
“1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayon İcra Hakimiyyətinin akt zalında rayonun körpələr evi-uşaq bağçalarında tərbiyə alan istedadlı uşaqların iştirakı ilə geniş tədbir keçirilmişdir.
Tədbirdə istedadlı uşaqların ifasında müxtəlif mahnılar dinlənilmiş və rəqslərə tamaşa edilmişdir. Bir-birindən maraqlı nömrələr uşaqlarda xoş ovqat yaratmışlar. Tədbirin sonunda Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə xanım Verdiyeva çıxış etmiş və bir qrup istedadlı uşaqlara diplom və hədiyyələr təqdim etmişdir.
“1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Qadınlar Şurasının bir qrup üzvləri ilə birgə rayon ərazisində yerləşən 1 nömrəli Körpələr Evində olmuşlar. Tədbir iştirakçıları Körpələr Evində yaşayan valideyn himayəsindən məhrum olmuş azyaşlıların yaşayış şəraiti ilə tanış olmuş və onlara apardıqları yardımları təqdim etmişlər.