Bakıda ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar müşavirə keçirilmişdir.
08 iyun 2015 | 15:00
Bakıda ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Müşavirədə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev çıxış edərək ilk Avropa Oyunlarının keçiriləcəyi günlərdə rayon ərazisində sanitariya, təmizlik və səliqə-səhman işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Müşavirədə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərləri gördükləri işlərdən və ilk Avropa Oyunlarının keçiriləcəyi günlərdə görəcəkləri işlərdən danışdılar.
Tədbirə yekun vuran Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev müvafiq tapşırıqlar verdi.