15 İyun – “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir
13.06.2015-ci tarixdə RİH-nin akt zalında 15 İyun – “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev açaraq qurtuluş gününün siyasi əhəmiyyətindən, müasir Azərbaycanın dövlətçilik tarixindəki xüsusi rolundan danışdı. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətləri, müstəqil dövlət quruculuğu sahəsindəki yorulmaz fəaliyyəti, minnətdarlıq duyğusu ilə xatırlandı. Bildirdi ki, 1993-cü ilin təlatümlü günlərində Heydər Əliyevin yenidən Azərbaycanda rəhbərliyə başlaması, ölkəni xaos və anarxiyadan, parçalanıb məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.
Sonra çıxış edənlər- Nəsimi Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor İmran Cəfərzadə və Millət Vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək, 15 İyun – “Milli Qurtuluş Günü” nün tarixi əhəmiyyətindən, müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışdılar.
Tədbirə yekun vuran Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev bir daha tədbir iştirakçılarını 15 İyun – “Milli Qurtuluş Günü” və Respublikamızda keçirilən I Avropa Oyunlarının açılışı münasibətilə təbrik etdi, fəaliyyətlərində uğurlar arzuladı.