17 iyun – Tibb işçilərinin peşə bayramı münasibətilə təbrik
Hörmətli Nəsimi rayon səhiyyə işçiləri!
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. İnsan üçün çox qiymətli olan və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçiləri vardır.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 04.06.2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Bu münasibətlə Nəsimi rayon İcra Hakimiyyəri rayon ərazisindəki bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırlar.
Bayramınız mübarək!
Səmimi və xoş arzularla
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev