“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi
Nəsimi rayon İcra Hakimiyyətində 25.06.2015-ci il tarixdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın üzvlərinin iştirakı ilə “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Komissiyanın sədri Ağa-Əli Əhmədov açdı. O, çıxışında narkomaniya ilə mübarizə sahəsində 2015-ci ilin 6 ayı ərzində görülən işlərdən danışdı. O, həmçinin qeyd etdi ki, komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutmuşdur.
Sonra tədbirdə "Narkotiklər bütün dünyanın bəlasıdır" adlı videoçarx nümayiş etdirildi.
Bundan əlavə, dəyirmi masada 16 saylı Texniki Humanitar Liseyin direktoru Ülviyyə Vəliyeva, RPİ-nin YYÇ-larla profilaktikasının təşkili bölməsinin rəisi Vüqar Babayev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev mövzu ətrafında çıxışlar etdilər. Onlar da çıxış zamanı gənclər arasında yayılan narkomaniyaya meyillik hallarının aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsinin vacib olduğunu bildirdilər.