Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda görülən işlər barədə

13 iyul 2015 | 15:00

Pişəvari küçəsində yenidənqurma işləri aparılmış, 10 ədəd işıq dirəkləri, 1300 m bardür dəyişdirilmiş, 5000 m2 asfalt örtüyü yenilənmiş, 11 ədəd yol hərəkəti nişanları qoyulmuşdur.
Cavadxan küçəsindəki parkda mütəmadi olara təmizlik və suvarma işləri aparılır. Salamzadə küçəsində abadlıq işləri görülmüş və hasarlar cilallanmışdır.
174 saylı uşaq bağçasında əsaslı təmir işləri yekunlanmışdır. Bağça ətrafında bərpa-abadlıq işləri aparılır, açılışa hazırdır.
Cavadxan küçəsi 26 və 30 ünvanların qarşısında abadlıq işləri görülmüş və səkiyə yeni 80 m2 daş döşənmişdir. 
Cavadxan küçəsi 40 ünvanında yan fasadda abadlıq işləri görülmüş və səkiyə daş döşənmişdir.
Hüseybala Əliyev küçəsi 3 saylı binanın küçə tərəfə baxan hissəsində bərpa işləri görülmüşdür.
Cavadxan və Hüseybala Əliyev küçələrində hissə-hissə olaraq 300 m2 asfalt örtüyü vurulmuşdur.
Ə.İsgəndərov küçəsində 200 m məsafədə bardür dəyişdirilmiş və 2500 m 2-dən çox asfalt vurulmuşdur.
MirCəla küçəsi 24 ünvanında tikilən yeni uşaq bağçasının qarşısında  1500 m 2 ərazidə asfalt örtüyü yenilənmişdir.
Ş.Əzizbəyov (Bülbül prospektindən R.Behbudov küçəsinə qədər olan hissə) küçəsində 60 p.m su xəttinin təmiri işləri aparılmış, 160 p.m bardür və 1200 m 2 asfalt örtüyü vurulmuşdur.
28 May küçəsi 11 ünvanda işıq xəttləri dəyişdirilmişdir.
Ş.Əzizbəyov küçəsi 104-106 ünvanlara və Kiçik Dəniz küçəsinə 620 m 2 asfalt örtüyü vurulmuşdur.
B.Səfəroğlu küşəsi 215, 217, 219 və Tolstoy küçəsi 160 ünvanlardakı səkilərin dağılmış hissələrinə 75 m 2 tamet daşları düzülmüşdür.   
D.Əliyeva küçəsi 230 ünvanda inzibati binanın dam örtüyü dəyişdirilir, təmir işləri aparılır.
Ü.Hacıbəyov küçəsi 66 və Ş.Bədəlbəyli küçəsi 88, 90, 92 ünvanlarda gül kolları əkilmişdir.

Keçidlər