Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsinin 46 illiyinə həsr olunmuş tədbir.

14 iyul 2015 | 15:00

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva açaraq, dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var.  Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Əsası ulu öndər tərəfindən qoyulan  siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.

Sonra çıxış edən natiqlər Ulu öndərin hakimiyyəti dövründə respublikamızın  ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin  uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd etdilər.

Sonda rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək tədbirə yekun vurdu.

Keçidlər