Şriftin ölçüsü :

Saytın rəngi :

“Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir”

26 dekabr 2012 | 16:00

Bakı şəhəri Təhsil İdarəsinin əmrinə əsasən 25 noyabr 2012-ci il tarixindən 26 dekabr 2012-ci il tarixədək olan dövr “Azərbaycan tarixi fənn aylığı” elan edilmişdir.
“Tariximiz-dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı “Azərbaycan tarixi fənn aylığı”nın yüksək səviyyədə təşkil edilməsi məqsədilə 24.12.2012-ci il tarixdə Nəsimi rayon 152№li tam orta məktəbdə tədbir keçirilmişdir.Tədbirə əsasən tariximizi əks etdirən sərgilər, qədim dövrə aid məişət (saxsı,mis) qabları, Azərbaycan xalçaları, açıq dərslər, musiqili kompazisiyalar təşkil edilmişdir.
Tədbirdə BŞTİ-nin müdiri Nailə xanım Rzaquliyeva, onun müavini M.Bayramov, sektor müdiri F.Həmzəyev, BŞTİ–nin məsləhətçisi Y.Məmmədova, Nəsimi rayon üzrə məktəb direktorları, qabaqcıl tarix müəllimləri və istedadlı şagirdlər iştirak etmişdir.
 

Keçidlər