Mətbuat günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir
Respublikamızın hər yerində olduğu kimi Nəsimi rayonunda da Azərbaycan milli mətbuatının 140 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərin yekunu olaraq iyun ayının 22-də Rayon İcra Hakimiyyətinin akt zalında respublikanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva mətbuatımızın keçdiyi tarixi və şərəfli yoldan geniş danışaraq, Ümummillil liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Sonra Azərbaycan mətbuat yayımının direktoru S.Salmanova, Azərbaycan teleradio qapalı səhmdar cəmiyyətinin əməkdaşı İ.Zeynallıya, Xalq qəzetinin əməkdaşı A.Həmidoğluya, Respublika qəzetini əməkdaşı Q.Aslana və Yeni Azərbaycan qəzetinin əməkdaşı S.Balayevə Rayon İcra Hakimiyyəti adından qiymətli hədiyyələr təqdim olundu.Çıxış edən jurnalistlər göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti əməkdaşlarının jurnalistlərlə xatirə şəkli çəkdirildi.