Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafına həsr olunmuş hesabat

29 iyul 2015 | 15:00

Nəsimi rayonunda 2015-ci ilin birinci yarımilliyinn sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, ölkəmizdə cari ilin altı ayı ərzində iqtisadi yekunlar uğurlu olmuş, iqtisadiyyatımız 5.7 faiz artmış, qeyri-neft sənayesi isə 14 %-dən çox artmış, sənaye istehsalı isə 4 faiz artmışdır. Bu dövrdə 60 minə yaxın yeni iş yeri yaradılmışdır.

Bu günlər dünyanın bir çox ölkələrində iqtisadi və siyasi böhranlar tüğyan etdiyi bir zamanda Azərbaycan inkişaf və sabitlik məkanı kimi tanınır və bu, bütün dünyada yüksək dəyərləndirilir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

2015-ci ilin birinci yarımilliyi Nəsimi rayonu üçün də uğurlu olmuş və önəmli nəticələr əldə edilmişdir. Bu dövrdə rayonda 263 milyon 910 min manatlıq və ya bütün istehsalın  95.7 %-i qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.  2015-ci ilin yanvar-iyun aylarında rayonda 1682 yeni iş yeri yaradılmışdır. Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1027 ailəyə (3783 ailə üzvünə) ünvanlı dövlət sosial yardımı verilmişdir. 316 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi ki, cari ilin altı ayında  rayonda istehlak bazarında dinamik inkişaf davam etmiş və əhaliyə 275 milyon 883 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46.6% artım deməkdir.  Bu dövr ərzində əhaliyə 634 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Altı ay ərzində rayon qaz istismar sahəsi tərəfindən 1378 mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz olunub. Rayon enerji təchizatı və satışı idarəsi tərəfindən 10 min 722 metr kabel və naqillər dəyişdirilmiş, satılmış elektrik enerjisi dəyərinin  100.51 faizi ödənilmişdir. Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən müxtəlif ünvanlarda, ümumilikdə 2500 su xətti, 480 paqonometr kanalizasiya xətti çəkilmiş və ya təmir edilmişdir.

İlin birinci yarımilliyində Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilmişdir. Bu dövrdə məhəllədaxili yollara 105420 kvadratmetr asfalt örtüyü vurulmuşdur. D.Əliyeva küçəsində iki ünvanda abadlıq işləri aparılmış, həmin ərazilərdə 330 ağac əkilmiş, 1700 kvadratmetr sahəyə qazon salınmış, 1450 kvadratmetr sahəyə tamet plitə, 1020 pm bardür döşənmişdir.

IDEA İctimai Birliyinin “Ümumrespublika yaşıllaşdırma” marafonuna fəal qoşulmuş Nəsimi rayonunda mart ayı ərzində keçirilmiş iməciliklərdə, ümumilikdə 2000-ə yaxın həmişəyaşıl ağac əkilmişdir.

Süni qiymət artımının qarşısının alınması və kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və bununla əlaqədar mütamadi olaraq reydlər keçirilir. “Təzə Bazar” MMC ərazisində hər həftə yarmarka təşkil edilir və burada 40-50 ton kənd təsərrüfatı məhsulları satılır.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər Nəsimi rayonunda davam etdirilir və görülən işlər rayon icra hakimiyyətinin daim nəzarətindədir.

Yığıncaqda Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon qaz istismar sahəsinin rəisi  Məcid Kərimli, Nəsimi Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov və rayon enerji təchizatı və satışı idarəsi satış şöbəsinin müdiri Mürsəl Eyvazov çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Tədbirdə həmçinin Ərazi idarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İsmayılova Vəfa Nurəddin qızı Dövlət başçısının Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə  təltif olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi. 

Keçidlər