Respublikanın şəhər və rayonlarından Bakı şəhəri, Nəsimi rayonunun ərazisinə nəqliyyat vasitələri ilə daxil olan sürücülərin nəzərinə
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən hazırlanmış kompleks tədbirlər planına əsasən kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, saat 07:00-dan 22:00-dək paytaxtda, o cümlədən Nəsimi rayonu ərazisində, hərəkətinə məhdudiyyətlər tətbiq edilmiş, Bakı şəhərinə gələn avtomobillərin müvəqqəti saxlanılması üçün Qaradağ və Abşeronrayonları ərazisində xüsusi dayanacaqların inşasına başlanılmış, həmin dayanacaqlardan istifadə edəcək sürücülərin və sərnişinlərin Bakı şəhərinə çatdırılması üçün müvafiq avtobus marşrutlarının təşkili nəzərdə tutulmuşdur.
Bununla əlaqədar paytaxta gələrkən avtomobillərin göstərilən dayanacaqlarda saxlanılması və şəhərə daxil olarkən ictimai nəqliyyatdan istifadə edilməsi tövsiyyə olunur.