Nəsimi rayonunda görülən işlər barədə
Cavadxan və Seyidzadə küçələrində 1500 p.m bardyur dəyişdirilmiş, 10 500 kv.m asfalt örtüyü vurulmuşdur. S.C.Pişəvəri küçəsində 500 kv.m sahəyə qazon, IV-cu mkr. məhəllədaxili 5 000 kv.m asfalt vurulmuşdur.
Ü.Hacibəyov küç. 64 saylı ünvanda yerləşən Azərbaycan Dövlət Dəniz Akademiyasının 5 mərtəli tələbə yataqxanasının fasad hissəsində təmir işləri aparılır. Bülbül prospekti 16 ünvanda Azərbaycan Rəssamlıq Akademiyasının nəznindəlki İncəsənət Kollecinin binasında, Ə.Hüseynazə küç. 74 ünvanda yerləşən ATS 594/595 binasında əsaslı təmir işləri və L.Tolstoy küç. 187 ünvanda 1 saylı tam orta məktəbin həyətində əlavə korpusun tikintisi davam etdirilir.
Qoqol küçəsi 9, C.Məmmədquluzadə döngəsi və Azadlıq prospekti 20 ünvanında yolun dağılmış hissələrinə ümumilikdə 480 kv.m asfalt örtüyü vurulmuşdur.