Nəsimi rayonunda görülən işlər barədə
Mirqasımov küç. 3 ünvanda məhəlləyə 5 500 kv.m. asfalt vurulmuşdur. S.Vurğun, R.Behbudov, Ş.Əzizbəyov küçələrində və Bülbül prospektində elektrik xətti çəkilmiş və asfalt örtüyü bərpa olunmuşdur. Tbilisi pr. 300 kv.m. qazon örtüyü vurulmuşdur.
Zorge parkında yeni inşa olunan yarımstansiyadan İ.Qasımov və Topçubaşov küçələrinə yüksək gerginlik xətti çəkilməsi üçün ümümilikdə 2 250 m. qazıntı işləri aparılmışdır. R.Behbudov küçəsində yeni inşa olunan yarımstansiya etrafında abadlıq işləri aparılmışdır.
Mərdanov qardaşları 96, Mirqasımov 1 və S.Vurğun küçəsi 81a ünvanlarında binaların fasad hissəsi üzlənməsi işləri davam etdirilmişdir. D.Əliyeva küçəsində yerləşən Dəmir Yolları QSC-nin inzibati binasının 700 kv.m. dam örtüyü dəyişdirilmişdir.
S.Vurğun küçəsində 10 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır.