Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nəsimi rayon təşkilatında dəyirmi masa keçirilmişdir

21 avqust 2015 | 15:00

YAP Nəsimi rayon təşkilatının akt zalında YAP Nəsimi rayon qadınlar şurasının təşkilatçılğı ilə təşkilatın fəal qadınlarının və rayonun ictimai - siyasi həyatında fəallığı ilə seçilən ziyalı qadınların iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı açan YAP Nəsimi rayon təşkilatının sədri və Millət vəkili Məlahət İbrahimqızı çıxış edərək təşkilat qadınlarının ictimai-siyasi həyatımızdakı fəaliyyətlərindən geniş söhbət açdı. Sonra YAP Nəsimi rayon təşkilatının qadınlar şurasının sədri Gülarə Verdiyeva çıxış edərək qadınların rayonda qazanılmış nailiyyətlərin əldə olunmasında rolunu xüsusi qeyd etdi.

Digər çıxış edənlər də uğurlar qazanmış qadınlardan və gələcəkdə qadınlar şurası üzvlərinin görəcəkləri işlərdən geniş söhbət açdılar.
Tədbirə yekun vuran M.İbrahimqızı qarşıda duran vəzifələrdən danışdı.

Keçidlər