Nəsimi rayonunda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların tədrisinə başlanılmışdır
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi tədris cədvəlinə uyğun olaraq 24-26 avqust 2015-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı əsasında ” 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi kinci və 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyalarının üzvlər və məntəqə seçki komissiyasının sədrləri üçün kursların tədrisinə başlanılmışdır.
Tədris cədvəlinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin, Rayon İcra Hakimiyyəti Başçısının müavininin, Rayon Prokurorunun, Rayon Məhkəməsi sədrinin, Rayon Polis İdarəsi rəisinin və dairə seçki komissiyasının sədrlərinin məruzələrlə çıxış etməyi nəzərdə tutulmuşdur.
Hal-hazırda kurslar davam edir.