Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları 1 saylı Körpələr Uşaq Evinə baş çəkiblər
Məlum olduğu kimi Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi (Bakıxanov küçəsi 37) yaxın günlərdə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, orada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. 26 avqust 2015-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva və Nəsimi rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı Körpələr Evində olmuş, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış, müxtəlif oyun elementləri və maddi yardımlar aparmışlar. Tədbirin sonunda Körpələr Evinin rəhbərliyinə bu cür tədbirlərin davamlı şəkildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində olacağı bildirilmişdir. Yekunda tədbir iştirakçıları Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millət Vəkili Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.