Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib

28 avqust 2015 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların üçüncü günündə Nəsimi rayonu 21 saylı birinci, 22 saylı ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin və  Nəsimi rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə üçün seminarlar təşkil edilmişdir.

Üç gün davam edən tədris prosesində Nəsimi rayon Hüquq mühafizə orqanları, məhkəmə və prokurorluq işçiləri tərəfindən “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması”, Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” və digər mövzularda məruzələr dinlənilib, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Keçidlər