Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblər və körpələr evi uşaq baxçaları bu ilki tədris ilinə tam hazırdırlar

31 avqust 2015 | 15:00

Nəsimi rayonu üzrə 27 ümumtəhsil məktəb var. Onlardan 15-də yeni korpus tikilib, 25 məktəb isə əsaslı təmir olunub. 2014-2016-cı illərdə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar 135 saylı körpələr evi uşaq baxçasında əsaslı təmir işləri başa çatdırılmışdır. Hal-hazırda 1 saylı tam orta məktəb üçün əlavə sinif otağı və idman zalının tikintisi başa çatmışdır. Texniki Humanitar Liseydə, 147, 174 saylı körpələr evi uşaq baxçalarında əsaslı təmir işləri yekunlaşmışdır. Açılışa hazır vəziyyətdədir. Rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə Mir Cəlal küçəsi 24 saylı binanın qarşısında 120 nəfərlik uşaq baxçasının tikintisi başa çatmışdır.

 

Keçidlər