Valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları ilə görüş
Nəsimi rayonunda valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları ilə görüş keçirilmişdir. Tədbiri RİH başçısının müavini Gülarə Verdiyeva açaraq uşaqları qarşıdan gələn "Bilik günü" münasibətilə təbrik etmiş, ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verildiyini bildirmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlət rəhbərinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Sərəncamla bağlı respublikada uşaq problemlərinin həlli istiqamətində həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən xeyli işlər görülmüş, böyük layihələr həyata keçirilmişdir.
Sonra uşaqlar rayon İcra Hakimiyyətinin Operativ İdarəetmə Mərkəzində olmuş və rayon haqqında onlara ətraflı məlumat verilmişdir. Sonda 100-dən artıq uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilmiş və onlarla xatirə şəkli çəkilmişdir.