Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar

15 sentyabr 2015 | 15:00

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar. Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açmışdır.

Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən Türkiyə Respublikası Kocaeli-İzmit Bələdiyyəsinin başçısı cənab Nevzat Doğan Azərbaycanın inkişafından qürür duyduğunu söylədi. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dastluq və qardaşlıq münasibətlərinin yaradılmasının vacibliyindən danışdı.

Görüşdə Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi bələdiyyəsi arasında «Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında» niyyət protokolu imzalandı. Protokolu İzmit bələdiyyəsi tərəfindən bələdiyyənin başqanı Nevzat Doğan, Bakı şəhər Nəsimi bələdiyyəsi tərəfindən bələdiyyənin sədri Nazim Qaraxanov imzaladılar.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.

Keçidlər