Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu üzrə doqquz ayın yekunları

13 oktyabr 2015 | 15:00

Azərbaycan  Respublikasının Prezidenti  cənab İlham Əliyevin  sədrliyi ilə  Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr,
Nəsimi rayonu üzrə doqquz ayın yekunları
haqqında:

Oktyabr  ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi  inkişafın  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  geniş iclası keçirilmişdir. İclasda çıxış edən ölkə başçısı cari ilin doqquz ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı  işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. 
Respublikamızın hər yerində olduğu kimi Bakı şəhəri Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yüksəlməsi təmin edilmiş, dinamik artım templəri üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha əlamətdar etmişdir.
2015-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat vermiş və bildirmişdir ki,  Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənmiş, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi ikiistiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.
Dövlətimizin başçısı Cavadxan və Hüseyn Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış oldu.
Bu küçələrə də yeni asfalt örtüyü döşənib, səkilər və buradakı yol ötürücüsü yenidən qurulub, ətraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağac və gül kolları əkilib. Əsaslı şəkildə yenidən qurulmuş bu küçələrin hamısında yeraltı kommunikasiyalar və su xətləri dəyişdirilib, yeni işıqlandırma sistemi qurulub.
Bütün bunlar göstərir ki, ölkədə yol-nəqliyyat kompleksinin yenidən qurulması, yeni yolların salınması, mövcud olanların isə əsaslı şəkildə təmir olunması ilə bağlı layihələr uğurla davam etdirilir. Hazırda ölkədə beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, xüsusən də paytaxtdaxili yolların müasir səviyyədə qurulmasına xüsusi diqqət yetirilir. Bu da təbii ki, Bakıda aparılan genişmiqyaslı abadlıq işlərinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu sahədə görülən işlər həm də Bakı şəhərindəki yollarda avtomobillərin rahat hərəkətinin təmin olunmasına və tıxac probleminin aradan qaldırılmasına yönəlib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat vermiş və bildirmişdir ki, təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilmiş və bildirilmişdir ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb.
Liseyin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Nəsimi rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.
Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış оlmuşdur.
Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak еtmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verilmişdir. Bildirilmişdir ki, yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılıb.Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub. Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlətimizin başçısına təqdim edilmişdir.  Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. Cənab İlham Əliyev yeni marşrut üzrə hərəkət edəcək qatarların xidməti heyəti ilə görüşmüş və qeyd etmişdir  ki, - «Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir. Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilir. Həm xətt yenilənib, - indi qatarlar yüksək sürətlə işləyəcək, - həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram».

2015-ci  ilin yanvar-sentyabr aylarında
rayonun sosial, iqtisadi inkişafının
makroiqtisadi göstəriciləri

            Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2015-ci ilin yanvar- sentyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərиni xeyli üstələmişdir.    
            Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi   fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla 350255.0  min  manatlıq  və  ya  əvvəlki  ilin   müvafiq  dövrü  ilə  müqayisədə  21.6  faiz çox sənaye  məhsulu  istehsal  edilmişdir. 
           İnformasiya və rabitə. 2015-ci  ilin  yanvar- sentyabr aylarında  rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 45652.0 min  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə            6.3   faiz  cox rabitə  xidməti  göstərilmişdir.
           Tikinti. 2015-ci ilin yanvar-sentyabr aylarında rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 703200.0 min  manat  məbləğində  investisiyadan  istifadə  edilmişdir,   bu  da  keçən  ilin  müvafiq  dövrünə nisbətən 12.8 faiz çox olmuşдur.  İstifadə edilmiş  vəsaitin 630450.0 min  manatı tikinti-quraşdırma  işlərinin  yerinə  yetirilməsinə  xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 19.8  faiz çox olmuşdur.
    Ticarət. 2015-ci ilin yanvar- sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  479320.0 min manat məbləğində  və ya əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 5.1  faiz çox  istehlak malları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.5 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
           Nəqliyyat. 2015-ci  ilin  yanvar- sentyabr aylarında  nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 290219.0 min manatlıq xidmətlər    göstərilmişdir .
           Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 401830.0  min manatlıq, yaxud 2014-cü ilin müvafiq dövrünün səviyyəsinin 108.7 faizi həcmində pullu xidmətlər göstərilmişdir.
            Əmək haqqı. Rayonun  iqtisadi  və  sosial  sahələrində  muzdla  işləyənlərin  orta  aylıq  əmək  haqqı  2014-cü  ilin  yanvar-avqust ayları ilə  müqayisədə 4.9 faiz artaraq 520.9 manata  çatmışdır. 2015-ci ilin  yanvar-avqust aylarında sənaye  sahələrində  çalışanların orta aylıq əmək haqqı 2.8 faiz artaraq 659,2 manat, tikinti  kompleksində  calışanların orta aylıq əmək haqqı isə 29,4 faiz  artaraq  1164,4 manat  olmuşdur.
      Qeyd: Göstəricilər ilkin məlumatlar əsasında (proqnoz) hesablanmışdır.


S  ə n a y e
          2015-ci  ilin  yanvar- sentyabr aylarında  rayonun  sənayesində  350255.0 min  manatlıq  və  ya  əvvəlki  ilin  səviyyəsindən 21.6 faiz çox sənaye   məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının  42,5  faizi  məhsul  istehsalının,  57,5 faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.  
           Sənayenin  dövlət  sektorunda 112081.0 min  manatlıq  və  ya  ümumi  istehsalın  31.9   faizi  qədər,   qeyri-dövlət  sektorunda  isə  238174.0 min manatlıq və  ya  ümumi  istehsalın 68.1 faizi  səviyyəsində sənaye məhsulu  istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. 
İstehlakçılara 352006.0 min  manatlıq  və  ya  bütün  sənaye  istehsalının  100,5 faizi  qədər  sənaye  məhsulu  göndərilmişdir.
          2015-ci il oktyabr ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin  anbarlarında hazır  məhsul qalığı 14820.0 min  manat olmuşdur.    


Toxuculuq, geyim  istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən 6338.6 min manatlıq məhsul, o cümlədən 140.2 min ədəd pambıq yataг ağları,  36.5  min ədəd kişilər üçün paltolar, gödəkçələr, plaşlar, 90.5 min ədəd kişi və ya oğlanlar üçün kostyumlar istehsal edilmişdir.

     Yanvar-sentyabr aylarında kecən ilin müvafiq dövrünə nisbətən istehlakçılara 1800,7 min  manatlıq və  ya  bütün  sənaye  istehsalından  0,7 faiz  çox məhsul  göndərilmişdir.

 

2015-ci ilin yanvar-avqust  aylarında
sənaye müəssisələrində işcilərin sayı

2015- ci ilin yanvar –avqust aylarında
sənaye müəssisələrində işcilərin orta aylıq əmək haqqı

2015-ci ilin yanvar-avqust aylarında rayonun sənaye müəssisələrində   işçilərin  siyahı   tərkibində   orta  sayı 12425 nəfərdir  ki,  bu  da  əvvəlki   ilin  müvafiq  dövrünə  nisbətən  3,2 faiz  və  ya  413 nəfər  az olmuşdur. Həmin  dövrdə  sənayedə  orta  aylıq  əmək  haqqı  659,2 manat  təşkil etmiş, bu da  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  2.8 faiz  çox olmuşdur.
       İ n f o r m a s i y a    və     r a b i t ə
İnformasiya və  rabitə müəssisələri  tərəfindən  hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 32333.9 min manatlıq və ya əvvəlki  ilin  yanvar- sentyabr ayları  ilə  müqayisədə rabitə xidməti 155.6 faiz təşkil etmişdir.
           Xidmətlərin 93.7  faizi  qeyri-dövlət  rabitə  müəssisələri  tərəfindən  göstərilmişdir.
İnformasiya və  rabitəmüəssisələrinin  işinin  əsas  göstəriciləri

2015-ci ilin yanvar- sentyabr aylarında informasiya və rabitə müəssisələrində işcilərin  orta siyahı sayı 1643 nəfər, orta aylıq əmək haqqı isə  753.1 manat olmuşdur.
N ə q l i y y a t

            2015-ci   ilin  yanvar - sentyabr aylarında   nəqliyyat        sektorunda    fəaliyyət   göstərən  müəssisələr   tərəfindən  290219.0 min  manatlıq   xidmətlər   göstərilmişdir  ki,  bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə     nisbətən  17.0  faiz  azdır.
      
            2015-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində calışan işcilərin orta siyahı sayı 5471 nəfər, orta aylıq əmək haqqı    521 manat olmuşdur.

                                                  Tikinti

2015-ci  ilin  yanvar- sentyabr aylarında rayonda  bütün  maliyyə  mənbələri  hesabına 505964,2 min  manat dəyərində əsas  fondlar  istifadəyə  verilmişdir. 
         2015-ci  ilin  yanvar- sentyabr aylarında rayonun  iqtisadi  və  sosial  sahələrinin  inkişafı  üçün   bütün  maliyyə  mənbələrindən  əsas  kapitala 703200.0 min   manat    məbləğində  investisiya yönəldilmişdir  ki,  bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə nisbətən 12.8 faiz çox olmuşdur.
      Qeyri-dövlət mülkiyyətinə  məxsus  müəssisə  və  təşkilatlar əsas  kapitala 557638.0 min  manat (79,3 faiz), dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatlar  isə 145562.0  min manat (20,7 faiz) sərmayə  yönəltmişlər.

                                                                                                                                                                              

2015-ci ilin yanvar- sentyabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət  formalarına görə bölgüsü  
       2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 630450.0 min manatı tikinti-quraşdırma  işlərinин  yerinə yetirilməsinə sərf olunmuşdur  ki, bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 19.8 faiz çox olmuşdur.
2015-ci  ilin  yanvar- sentyabr aylarında podrat işlərinin  həcmi  368556.6 min    manat   və   ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 20.0 faiz azalmışdır. Podratçı təşkilatların gördükləri işlər (yeni  tikinti,  yenidənqurma,  genişləndirmə,   texniki   vasitələrlə    yenidən   təchiz  etmə) 268309.0  min   manat olmuşdur ki, bu da əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 18.0 faiz, cari  təmir  üzrə isə  55586.8  min   manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 20.0 faiz, əsaslı   təmir  üzrə   yerinə yetirilən işin həcmi  215.7 min  manat əvvəlki ilin müvafiq dövrünə nisbətən 87.0 faiz, sair  işlər üzrə 44445.1 min  manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 26.7 faiz az olmuşdur. 
Rayon  üzrə  tikinti  müəssisələri  tərəfindən  yerinə  yetirilmiş  tikinti   işlərinin  strukturu   aşağıdakı  kimi  xarakterizə  olunur
            
         Qeyri-dövlət  mülkiyyətində  olan  tikinti  müəssisələrinin  yerinə  yetirdikləri  işlərin  həcmi  361556.6 min manat (98.0 faiz), dövlət  mülkiyyətində  olan  tikinti  müəssisələrinin  yerinə  yetirdikləri  işlərin  həcmi isə 7000.0 min   manat (2.0 faiz)   olmuşdur.

                  2015-ci ilin yanvar-iyun aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyalar və tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsi

 
     2015-ci  ilin  yanvar-avqust aylarında  tikintidə  işçilərin  orta  siyahı  sayı  4500 nəfər  olmuşdur  ki,  bu da  əvvəlki   ilin  müvafiq  dövrü ilə  müqayisədə 17.0 faiz az olmuşdur. Fəhlə və   qulluqçuların  orta   aylıq  əmək  haqqı  1164,4 manat  təşkil etmiş, əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  29,3 faiz  çox olmuşdur.

Əmtəə bazarı

2015-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 479320.0 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 2.1 faiz çox əmtəə satılmışdır. Əmtəələrin  24.4 faizi hüquqi şəxslərin, 75.6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 12.2 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.

2015-ci ilin yanvar- sentyabr aylarında
pərakəndə ticarət dövriyyəsinin quruluşu 
Pərakəndə ticarət dövriyyəsinin 100.5 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 476975.0 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz çox istehlak malları satılmışdır.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 323021.4 min manat, qeyri-ərzaq mallarının həcmi isə 156299.0 min manat olmuş, onların da ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 64.5  və 35.5 faiz təşkil etmişdir.      
           2015-ci ilin yanvar- sentyabr aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 150.4 min manat təşkil etmişdir. Bu növ satışın vasitəsilə əsasən qeyri-ərzaq mallar realizə olunur.

İaşə xidmətləri

2015-ci ilin yanvar- sentyabr ayları ərzində əhaliyə 35574.0 min manatlıq  və  ya  əvvəlki  ilin  eyni səviyyəsindən 2.6 faiz çox iaşə  xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 10.3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 89.7 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Artımın 4.5 faizi hüquqi şəxslərin, 95.5 faizi isə fərdi sahibkarların  fəaliyyəti sayəsində yaranmışdır.
      Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.

Əhaliyə göstərilən pullu xidmətlər  
    2015-ci ilin yanvar- sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz artaraq 401830.0 min manat olmuşdur. Ümumi həcmin 60.7 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 243508.9 min manatlıq pullu xidmətlər göstərilmişdir.
    Əhaliyə göstərilmiş pullu xidmətlərin 8.0 faizi dövlət müəssisələrinin  payına  düşmüşdür. Özəl sektorun  müəssisələri   tərəfindən  əhaliyə 369683.6 milyon  manatlıq və ya  ümumi həcmin 92.0 faizi qədər pullu  xidmətlər  göstərilmişdir.
                  
           Əhaliyə  göstərilən  pullu  xidmətlərin  13.8 faizini   məişət  xidmətləri  təşkil  etmişdir. Hesabat dövründə 38675.0 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 27.0 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 28.3 faizi  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.

Əmək bazarı
2015-ci  ilin oktyabr ayının 1-i vəziyyətinə rayon  üzrə   məşğulluq  xidmətində  işsiz  hesab  edilənlərin  sayı 1112 nəfər olmuşdur ki, bunlardan 314-i qadın, 798-i kişidir. Иşsizliyə görə müavinət alanların sayı 73 nəfər, işsizliyə görə müavinət alanlara hesablanmыş orta aylıq müavinət məbləği isə 263.1 manat olmuşдur. İşçi qüvvəsinə təlяbat (01 oktyabr vəziyyətinə) rayon üzrə 492 nəfərdir, onlardan 453 nəfəri fəhlələrdir.

İşcilərin sayı  və əmək haqqı
            2015- ci ilin  yanvar-avqust aylarında  rayon  üzrə işçilərin  orta  sayı əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  3289 nəfər və ya 2.3 faiz  artaraq 145937 nəfər, orta aylıq  nominal  əmək   haqqının  səviyyəsi isə 6.1 faiz  və ya 29.9 manat artaraq  520.0  manat  olmuşdur.
            Cari  ilin  yanvar- avqust ayları  üzrə  işçilərin   orta  sayı   və    orta aylıq  nominal   əmək  haqqı    səviyyəsinin əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  dəyişməsi  rayon  üzrə  aşağıdakı  kimi  xarakterizə olunur:

Hesablanmış orta aylıq əmək haqqının
iqtisadiyyatın fəaliyyət növləri üzrə bölgüsü
(manat)


         Cari ilin yanvar - sentyabr aylarında qeyri-dövlət mülkiyyətində çalışan işçilərin orta aylıq əmək haqqı dövlət mülkiyyətində çalışanlardan 2.2 dəfə, keçən ilin müvafiq dövründə isə 2.1 dəfə çox, orta aylıq əmək haqqının artım sürəti keçən ilin müvafiq dövrü ilə müqayisədə  dövlət mülkiyyətində 103.8 faiz , qeyri-dövlət mülkiyyətində isə 109.0  faiz olmuşdur.

   2015-ci ilin III rübündə yeni  açılmış iş yerləri
               2015-ci ilin III rübündə 450 yeni  iş yerləri açılmış, ilin əvvəlindən  yeni acılmış  iş yerlərinin sayı  1887-yə чatmışdır. Onlardan hamısı daimi yerlərdir.

Demoqrafik vəziyyət
         2015-ci  il oktyabr ayının 1-i vəziyyətinə  rayonun əhalisi    217,8 min  nəfər  olmuşdur.  Ərazisi   0,01 min.  kv km,  əhalinin  sıxlığı  1  kv km-ə   21780   nəfər  təşkil edir.
         2014-cü  və  2015-ci  illərin  doqquz ayında əhalinin  təbii  hərəkəti aşağıdakı  göstəricilərlə xarakterizə olunşdur:
   
          2015-ci  ilin  yanvar- sentyabr aylarında  rayonda 1498 nəfərin doğumu  və  802 nəfərin  ölümü  qeydə  alınmışdır.
           2014-сü  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  əhalinin   hər   1000  nəfərinə doğulanların  sayı  9.3-dən  7.0-ə , təbii  artım  5.0-dən 4.0-ə,   ölənlərin sayı isə 5.0-dən 4.0-ə enmişdir.        
          Rayonda  2015-ci  ilin yanvar- sentyabr   aylarında 925 nikah   və 322 boшanma  qeydə  alınmışdır  ki, bu  da   əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  əhalinin  hər  1000  nəfərinə    nikahların  sayı 5.4 –dən 4.2-yə,     boşanmaların sayı isə  1.8-dən 1.5-ə enmişdir.

2014-cü  və  2015-ci  ilin  yanvar- sentyabr aylarında əhalinin  təbii    hərəkəti
2015-ci ilin  9 ayı ərzində Azərbaycan dövlətinin ilbəil güclənən və əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olan sosial siyəsəti  Nəsimi rayonunda da uğurla icra olunmuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edən fərman və sərəncamlarının icrası ilə bağlı aztəminatlı əhalinin yaşayışının yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüşdür.
         Nəsimi rayonu  Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2015-ci ilin  9  ayı ərzində Ünvanlı dövlət sosial yardımı təyin edən komissiya tərəfindən 824  ailənin 3068 nəfər ailə üzvünə Ünvanlı dövlət sosial yardımı təyin olunmuş və hər ay ödənişə göndərilmişdir. Ümumilikdə Nəsimi rayonu üzrə 1086  ailənin 4021 ailə üzvü Ünvanlı dövlət sosial yardımla təmin olunmuşdur. Hər bir ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 148,89  manat, hər bir ailə üzvünə düşən orta aylıq məbləğ isə 40,21  manat olmuşdur. Bundan əlavə, 2012-ci ildən etibarən Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyduğu elektron hökumətin yaradılması ilə bağlı tapşırığına əsasən Ünvanlı dövlət sosial yardımı ilə bağlı vətəndaşların müraciətində qanunvericiliyə müvafiq olaraq dəyişikliklər edilmişdir. 2012-ci il 01 yanvar tarixindən alternativ müraciət elektron və poçt vasitəsilə formalaşdırılmışdır. Belə ki, 2015-ci ilin 9 ayı ərzində 65 ərizəçi poçt vasitəsilə mərkəzə müraciət etmiş və onlara Ünvanlı dövlət sosial yardımı təyin edən komissiya tərəfindən sosial yardım təyin olunmuşdur.
       2015-ci ilin yanvar ayından ölkədə ehtiyac meyarının 105 manata çatdırılması rayonumuzda yoxsul ailələrə ünvanlanan yardımların məbləğinin artmasına səbəb olmuşdur. Yardımların təyinatı qanunvericiliyin tələblərinə əsaslanan ünvanlılıq, şəffaflıq, bərabərlik, ədalətlilik prinsiplərinə uyğun tərzdə yerinə yetirilir və özündən asılı olmayan  səbəblərdən  yoxsulluq şəraitində yaşayan hər bir ailə Ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Keçən dövr ərzində Ünvanlı dövlət sosial yardımın tətbiqində aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmamışdır.  2015-ci ilin  9 ayı ərzində  99 qaçqın və məcburi köçkün ailəsi 
Eyni zamanda Mərkəz tərəfindən 308 nəfər tənha, ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilmişdir.
Bundan əlavə 41 nəfər əlilə müalicə üçün sanatoriyaya putyovka verilmişdir. Onlardan  31 nəfəri  Naftalan sanatoriyasına, 7 nəfər Иlusu sanatoriyasına, 2 nəfəri Bilgəh sanatoriyasına, 1 nəfər isə Mərdəkan sanatoriyasına göndərilmişdir.
Putyovka verilmiş şəxslərdən 30 nəfəri ümumi səbəbdən əlil, 3 nəfər Qarabağ əlili, 2 nəfər 20 yanvar əlili, 2 nəfər şəhid ailəsi, 2 nəfəri uşaqlıqdan əlil, 2 nəfəri isə BVM işтirakçısıdır.
62  nəfər əlilə istirahət üçün putyovka verilmişdir. Onlardan 23 nəfəri Lənkəranda yerləşən “ Palıdlı sahil” istirahət mərkəzinə, 32 nəfər Şəkidə yerləşən “Narın qala” istirahət mərkəzinə, 7 nəfər isə Xaçmazda yerləşən
“ Əlincə” istirahət mərkəzinə göndərilmişdir.
Ramazan bayramı münasibətilə 140 nəfər tənha qocaya və Qurban bayramı münasibətilə isə 100 nəfər tənha qocaya ərzaq yardımı verilmişdir.
217 nəfər əlil “Əlillik vəsiqəsi” ilə təmin olunmuşdur.  8 nəfər sağlamlıq imkanlarы məhdud gənclərin peşə - reabilitasiya mərkəzinə göndərilmişdir.
        Hal- hazırda Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində 4408 nəfər sosial müavinət və təqaüd alan vətəndaş vardır ki, onların da ödənişləri hər ay vaxtında həyata keçirilir.
Hesabat dövründə Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial müavinət və təqaüd alan vətəndaşların  sayı aşağıdakı kimi olmuşdur:
          Əlilliyə görə cəmi – 1645 nəfər
o cümlədən
I qrup–   325 nəfər
           II qrup –  765 nəfər
           III qrup – 555 nəfər
          Ailə başçısını itirdiyinə görə –239 nəfər
Yaşa görə –337 nəfər
18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə –515 nəfər
20 Yanvar şəhidi  –12 ailə
Milli Qəhrəman – 15 ailə
Şəhid ailəsi kimi–157 ailə
“Xalq” fəxri adına görə–38 nəfər
          “Əməkdar” fəxri adına görə–265 nəfər
Müharıbə əlili kimi– 315  nəfər
I qrup–   32 nəfər
           II qrup –  251 nəfər
           III qrup – 32 nəfər
          Müharibə əlilərinin uşaqları–64 nəfər
          Çernobыl əlillərinin uşaqları–2  nəfər
Müharиbə veteranı –678  nəfər
BVM iştirakçısı–24 nəfər
20 Yanvar əlili kimi–41 nəfər
I qrup–   4 nəfər
           II qrup –  28 nəfər
           III qrup – 9 nəfər
           1 yaşadək uşağı olan ailələrə – 54 nəfər
   yetim və valideyn himayəsindən məhрum olmuş uşaqların qəyyumlarına– 7 nəfər
       Bundan əlavə  379   nəfər uşağın anadan olmasına, 30 nəfər dəfn üçün, 94 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və 61 nəfər radiasiya qəzasının nəticəsində əlil olmuş vətəndaşlara müalicə üçün cəmiyyətə sosial adaptasiyası məqsədi ilə birdəfəlik müavinət təyin edilərək ödənilmişdir.
2015-ci ilin 9 ayı ərzidə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəasimi rayon şöbəsinin  qarşısına qoyulan məsələlər uğurla həyata keçirilmişdir. Belə ki, şöbədə qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2054,4 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq illik plan 74,8% yerinə yetirilmişdir.
       2015-ci ilin 9 ayı ərzində pensiya və müavinətlərin  ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatında 47120,0 min manat vəsait köçürülmüşdür. Qeydiyyatda olan əmək pensiyaçılarının sayı 23681 nəfər (5144 nəfəri işləyən, 18537 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16594 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5312 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 1775 nəfər təşkil edir.
       2015-ci ilin əvvəlində «Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 999 nömrəli Sərəncaməna əsasən 01.01.2015-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2014-cü ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.
         B Sərəcama əsasən Fondun Bakı şəhəri Nəsimi rayon şöbəsi üzrə 22720 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 25,4 min manat artım olunaraq ödənilmişdir.
         Ümumiyyətlə, 2015-ci ilin 9 ayı ərzində pensiyaların ödənilməsinə 48702,6 min manat, dəfn xərcinin ödənilməsinə 123,4 min manat, qanunvericiliyə müvfiq olaraq məhkəmə qərarlarına əsasə pensiyalardan tutularaq köçürmələr 75,8 min mata, fiziki şəxslərə 17,1 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 195,6 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 227,3 min manat vəsait xərclənmişdir.
       Bundan başqa 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar «1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2015-ci il tarixli, 1159 nömrəli Sərəncamının icrası məqsədilə 154,6  min manat vəsait ödənilmişdir.
Əmək və Məşğulluq Mərkəzi əhalinin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan саkinlərin məşğulluğunun təmin edilməsi işi 2015-ci ilin 3-cü rübündə də davam etdirilmişdir.
Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.
“Hesabat dövrü ərzində isə 3022 nəfər Məşğulluq Mərkəzinə işlə təmin olunmaq  müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 1326  nəfər olmuşdur.
2015-ci ilin 9 ayı ərzində rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 676 nəfəri daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulduğundan 49 nəfər çoxdur. İşə düzələnlərdən 473 nəfəri fəhlə peşələrindən, xidmət sahələrindən olanlar, 171 nəfəri mühəndis-texniki işçilərdən olmuşdurlar. Məşğulluq Mərkəzinə müraciət  edənlərin 676 qədəri işlə təmin edilmişdir.
2015-ci il  9 ayı   ərzində 41 işəgötürənin iştirakı ilə 2 dəfə “Dəyirmi masa” keçirilmiş və əmək bazarında işəgötürənlərin rolu və  Əlillərin əmək bazarına səmərəli inteqrasiyasında işəgötürənlərin rolu haqqında ətraflı məlumat verilmişdir.
Yığılmış məlumatlara əsasən hər ay orta hesabla 620-680 boş iş yeri olur ki, onun da 90 -95% - i ixtisaslı mütəxəssislərə olan tələbatdır.
  Hesabat dövrü ərzində 12 fevral  2015-ci il tarixində rayon Məşğulluq Mərkəzi tərəfindən  Əlillər üçün İxtisaslaşdırılmış Mini Əmək Yarmarkaları keçirilmişdir. Yarmarkada Mərkəzdə qeydiyyatda olan və “İşaxtarmağın və işə düzəlməyin texnologiyası və metodologiyası” üzrə treninqdən keçmiş 19 nəfər əlil   iştirak etmişdirki, onların 13 nəfərinə göndəriş verilərək işə qəbul edilmiş, 4 nəfər əlilin  isə SV-si işəgötürənlər tərəfindən qəbuл edilmişdir. Bundan əlavə Gənclərin məşğulluğunun təmin edilməsi, onların əmək bazarına səmərəli inteqrasiyası məqsədilə 18 mart 2015-ci il tarixində Məşğulluq Mərkəzi YAP-nin Nəsimi rayon təşkilatı ilə birgə Nizami adına kinoteatrıda “Gənclər üçün Əmək Yarmarkası” təşkil etmişdirlər. Əmək yarmarkasında 47 işəgötürın 500 iş yeri ilə iştirak etmişdirlər. Tədbirdə 940 nəfər gənc iştirak etmiş, 61 nəfərə işə düzəlmiş, 39 nəfər peşə təlimi və yenidən hazırlıq üçün qeydiyyata alınmış, 53 nəfər müvəqqəti iş üçün Səyyar Əmək Birjasında qeydiyyata götürülmüş, 647 nəfər gəncin SV-si gələcəkdə işə dəvət etmək üçün işəgötürənlər tərəfindən qəbul edilmişdir.
İşaxtanaların və xüsusən də gənclərin sosial adaptasiyası, sosial müdafiəsi və  cəmiyyətə uğurlu reinteqrasiyası, onların şüurlu yaradıcı əməyə hazırlanması və fəal vətəndaş həyat tərzinə uyğunlaşdırılması məqsədilə  əmək bazarında olan vəziyyəti nəzərə alıb yuxarı kurs tələbələrinə gələcəkdə işə düzəlməkdə sosial-psixoloji köməklik göstərilməsinin və işəgötürənlərlə düzgün ünsiyyətin qurulmasının vacibliyini nəzərə alıb Nəsimi rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri tərəfindən 20.02.2015-ci il tarixində Bakı Slavyan Unversitetində, 02.03.2015-ci il tarixində  Azərbaycan Dillər Universitetində və 09.04.2015-ci il tarixində isə Az.DNA-da  “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirilib. Məşğələdə Universitetlərin  329 nəfər IV kurs tələbəsi iştirak etmişdir. Mərkəzin mütəxəssisləri F.Qaracayev  və  E.Əliyev   tələbələrlə İşədüzəlmə prosesində həll ediləcək məsələlərin ardıcıllığının müəyyən edilməsi, vəziyyətin təhlili və işədüzəlmə variantlarının planlaşdırılması, müstəqil işaxtarma təcrübəsinin əldə edilməsi, özünü təqdimat, düzgün Xülasə (CV) necə yazılmalıdır və onun özünə məxsus qaydaları, müşayiət məktubu nədir və o nə məqsədlə yazılır,   işəgötürənlərlə söhbətə hazırlıq, müsahibə zamanı verilə biləcək suallar, müsahibə zamanı yol verilən xətalar, gizli bacarıq və qabiliyyətlər, rədd cavabının səbəbləri, iş şəraitinin razılaşdırılması və iş yerində qərarlaşma, bununla bağlı digər məsələlər haqqında ətraflı məlumat verilmişdir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan məşğələlərdə onları maraqlandıran  müxtəlif suallar ətrafında müzakirələr aparılmışdır.
Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.
Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 100 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 168 nəfər 9 ixtisas üzrə (bərbər, aşbaz köməkçisi , avtoçilingər, kom.istifadəçisi, kom.texnikasının təmiri, qənnadçı, kompüter dzayneri, avtokat üzrə proqramı və dərzi) kursa cəlb edilmişdir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin ümumtəhsil məktəblərin buraxılış sinif şagirdlərinin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə rayon ərazisində yerləşən 12 orta məktəbdə 698 nəfər şagird və 308 nəfər işaxtaran vətəndaş isə fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.
Hesabat ilinin 9 ayı ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi Məşğulluq xidmətinin daim diqqət mərkəzində olmuşdur.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.
Hesabat  ilinin 9 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən 31 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 3 nəfər qaçqın və məcburi köçkünə isə işsizliyə görə müavinət ödənilmiş, 13 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir. 
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq  gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.
2015-ci  ilin 9 ayı  ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanların 64.6% və ya 435 nəfəri, peşə kurslarına cəlb olunanların 84.2% və ya 141 nəfəri, işsizlik müavinəti alanların 23%  və ya 25 nəfəri gənclər olmuşdur.
Məşğulluq Mərkəzinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də qadınların işlə təmin olunmasına, onların əmək bazarında rəqabətə davamlı olmasına əməli köməklik göstərilməsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.
Belə ki, 9 ay ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 336 nəfəri və ya 49.9 %, peşə hazırlığı kurslarına cəlb olunanların 51.0% və ya 86 nəfəri qadınlar olmuşlar. 35 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir ki, müavinət alanların 31 % -ni təşkil edir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2015-ci ilin  hesabat dövrü  ərzində 86 nəfər işlə təmin olunmuşdur ki, onlardan 36 nəfər əlil, 25 nəfər məcburi köçkün, 10 nəfər çox uşaqlı qadın, 5 nəfər yetkinlik yaşına şatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valudeyinlər, 6 nəfər  20 yaşadək gənclər, 1 nəfər müharibə veteranı, 2 nəfər şəhid ailələləri  olmuşdur.
Hesabat ilinin “Ərazi məşğulluq proqramı”na əsasən 100 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 113 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 35 nəfər qadın, 26 nəfəri minimum əmək haqqı məbləğində müavinət almışdır. Müavinət alanlardan 35 nəfəri sərbəstləşmə ilə, 42 nəfəri kadr axıcılığı ilə işini itirənlər, 10 nəfər hərbi xidmətdən tərxis  olanlardır.

  2015-ci ilin 9 ayı ərzində  dövlət büdcəsinin  Nəsimi rayonu 8 saylı Xəzinədarlıq İdarəsi üzrə  yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının  xərclərini tənzimləmək  üçün 3 milyon 524 min 669 manat vəsait  proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 2 milyon 672 min 066 manat,  yəni 75.8% vəsait  xərclənmişdir.
     Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 693 min 359 manat təyinata qarşı 571 min 847 manat  və ya 82.5 %, sosial təminat xərcləri 201 manat təyinata qarşı 0 manat, kommunal təsərrüfatı xərcləri 2 milyon 693 min 120 manat təyinata qarşı  1 milyon 989 min 961 manat  və ya 73.9%, əsas bölmələrə aid edilməyən xərclər üzrə 137 min 989 manat təyinata qarşı 110 min 258  manat və ya  79.9%  icra olunmuşdur.
     O cümlədən III rüb üçün  dövlət büdcəsindən Nəsimi rayonu üzrə  yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının  xərclərini tənzimləmək  üçün 906 min 144 manat vəsait  proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 1 milyon 56 min 986 manat  yəni 116.6% vəsait  xərclənmişdir.
      Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri  236 min 306 manat təyinata qarşı 222 min 177 manat və ya  94.0 %, sosial təminat xərcləri 201 manat təyinata qarşı 0 manat, kommunal təsərrüfatı xərcləri   620 min 588 manat təyinata qarşı 793 min 806 manat  və ya 127.9%, əsas bölmələrə aid edilməyən xərclər üzrə  49 min 250 manat  təyinata qarşı 41 min 03  manat və ya 83.3%  icra olunmuşdur.
Nəsimi rayon filialı sığorta haqlarının 2015-ci ilin 9 ayı ərzində müəyyən olunmuş tədiyyə tapşırıqlarının yerinə yetirilməsinin yekunlarına əsasən filialın bir sıra məqsədyönlü tədbirləri nəticəsində sığortanın bütün növləri üzrə, 2015-ci ilin 9 ayında 467989 manat tədiyyə toplanmışdır.
Belə ki, Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından 279000 manat, Hüquq-mühafizə işçilərinin sığortasından 13800 manat, Daşınmaz Əmlakın İstismarının icbari sığortasından 324 manat, Nəqliyyat vasitələrinin (kasko) sığortasından 9300 manat, Daşınmaz Əmlakın icbari sığortasından 3000 manat, İpoteka sığortasından 1265 manat, Bədbəxt hadisələrdən sığortadan 80500 manat, Tibbi sığortadan 800 manat və İcbari sığortanın digər növlərinin sığortasından 80000 manat,  cəmi – 467989 (dörd yüz altmış yeddi min doqquz yüz səksən doqquz) manat sığorta haqqı toplanılmışdır.
  Nəsimi rayon filialının işçiləri əhali arasında könüllü növlərinin təbliğini və reklamını təşkil etməklə sığortanın bütün növləri üzrə müəyyən edilmiş tədiyyə tapşırıqlarının yerinə yetirilməsini təmin etmişlər.
          Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin vaxtında bərpa olunmasını və yeni müqavilələrin bağlanmasını təmin etməklə verilmiş tapşırıqları yerinə yetirmişlər.
Bədbəxt hadisələrdən sığortanın səmərəliliyini nəzərə alıb, bu növ sığortanın daha da inkişaf etməsinə və müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə nail olmuşlar.
          Müəssisə əmlakının könüllü növ sığortası üzrə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmişlər.
Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qeyd edilmişdir ki, qeyd edilmişdir ki, 9 ay ərzində yolxucu xəstəliklərin epidemiyası, epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları başvermişdir.
Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.
2015- ci ildə rayon üzrə  KSİ hadisəsi qeydə alınmamışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04.06.2010- cu il tarixli 43 saylı əmri ilə təsdiq edilmiş “2010- cu il üçün Azərbaycan Respublikası üzrə KSİ üzərində epidemioloji nəzarətin gücləndirilməsinə dair əlavə tədbirlər planı” rayon uşaq poliklinikalarına göndərilmiş və epidemioloqlar, nevrepotoloqlar, sahə pediatrlarının iştirakı ilə seminarlar keçirilmişdir.
Rayon ərazisində içməli su təchizatını təmin etmək üçün  “+ 69 Qərb” su anbarından, 5 ədəd məhəllədaxili su anbarlarından,  18 ədəd müxtəlif  (15 – 50 m3 ) tutumu olan dəmir çənlərdən istifadə olunur. Müayinə üçün su nümunələri götürülməklə  suyun keyfiyyətinə nəzarət aparılır.
Stasionar nöqtələrdən  ayda 2 dəfə,  məhəllədaxili anbar və dəmir çənlərdən isə ayda 1 dəfə olmaqla su nümunələri kimyəvi və bakterioloji laboratoriyalara götürülür.
5 məhəllədaxili – S.Rəhimov küçəsi 138, 20 Yanvar küçəsi 23A , M.Cəlal küçəsi 2, A.Mustafayev küçəsi 12, C.Səlimov 7  saylı ünvanlarda yerləşən məhəllədaxili su anbarlarının yuyulub – təmizlənməsi və dezinfeksiya edilməsi təmin edilmişdir.
Ədliyyə Nazirliyi tərəfindən “Sahibkarlıq Sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışlar” ı əsasında 81 kommunal – məişət obyektlərində sanitariya – gigiyenik baxış keçirilmişdir.
  Səhiyyə Nazirliyindən xüsusi razılıq sənədi (lisenziya) olmadığına görə 1 stomotoloji kabinetin və fəaliyyətləri Dövlət Sanitariya Nəzarəti Orqanı ilə razılaşdlrılmadığına görə 2 kommunal – məişət obyektinin fəaliyyətinin dayandırılması haqqında müvafiq qərarlar çıxarılmışdır.
  2015-ci ilin 9 ayı ərzində bölmə tərəfindən su xətlərindən və məhəllədaxili su anbarları və çu çənlərindən 809 su nümunəsi götürülmüşdür ki, onlardan da 62 su nümunəsinin cavabı bakterioloji göstəricilərə görə (+) olmuşdur. Təkrar nümunələr götürülmüş nəticələr “İçməi Su” Haqqında 2874 – 71 saylı DÜST - ə uyğun olmuşdur.
Aparılmış işlərlə yanaşı bəzi uşaq və yeniyetmə müəssisələrində nöqsanlar hələ də qalır. Belə ki, 115 saylı uşaq bağçasının köhnə korpusu, 3, 50, 142, 146, 156, 114, 162, 119, 52, 102, 175 saylı uşaq bağçalarında, 11 saylı yardımçı, 247 saylı məktəblərin də əsaslı  təmirə ehtiyacı var.
Şagirdlərin sağlamlığının əsas amillərindən biri də onların fiziki tərbiyəsidir. Buna baxmayaraq rayonun bir sıra məktəblərində bugünə qədər idman zallarının vəziyyəti qeyri- qənaətbəxş olaraq qalmaqdadır. Belə ki, 247 və 11 saylı yardımçı məktəblərində idman zalının tavan və divarlarının suvağı tökülüb, 11 saylı yardımçı məktəbin idman zalının döşəməsi çürüyüb, idman avadanlıqları yararsız vəziyyətə düşmüşdür.
Nəsimi rayon GEM-i rayon ərazisində yerləşən qida sənayesi, ictimai iaşə və ərzaq ticarəti obyektləri üzərində cari sanitariya nəzarəti məqsədi ilə cari ilin 9 ayı ərzində küçə ticarətinin ləğv edilməsi məqsədi ilə rayon polis əməkdaşları ilə dəfələrlə reyd yoxlamaları keçirilmişдир.
Bu sahədə sanitar-gigiyenik nöqsanlara yol vermiş 11 f/şяхся cərimə protokolu tərtib olunmuşdur.
Rayon ərazisində toyuq dönərinin ləğvi istiqamətində müvafiq işlər görülmüşdür, sanitar- gigiyenik nöqsanlara yol vermiş 6 nəfər f/ş cərimə protokolu tərtib edilmişdir.
Ötən dövr ərzində rayon ərazisində yerləşən kolxoz bazarlarında tərəfimizdən sanitar- gigiyenik yoxlama aparılmış, aşkar edilmiş sanitar- gigiyenik nöqsanlarla bağlı Nəsimi bazarı, 6 saylı kolxoz bazarı, Təzə Bazarın maddi- məsul şəxslərinə cərimə protokolu tərtib edilmişdir.
Mövsümlə əlaqədar 52 qidalanma obyektləri üzərində reyd yoxlamaları keçirilmiş, nəticədə müvafiq sağlamlaşdırıcı tədbirlər aparılması aşkar edilmişdir.
Cari ilin 9 ayı ərzində obyektdə Ədliyyə Nazirliyi Reyester Mərkəzinin çıxarışları ilə əlaqədar 209 obyektdə sanitar- gigiyenik yoxlamalar aparılmışdır. Yoxlamaların nəticəsində 37 qida obyektinin sahibkarlarına cərimı protokolları tərtib edilmiş, 8 obyektin fəaliyyətinin dayandırılması haqqında qərar çıxarılmışdır.
9 ay ərzində 40 qida sənayesi obyektindən 125 adda qida məhsuluna gigiyenik sertifikat alınmışdır.
9 ay ərzində bölməyə 16 şikаyət məktubu daxil olmuşdur və hamısına vaxtında baxılıb müvafiq tədbirlər görülmüşdür, bakterioloji laboratoriyaya 22 yaxma, Mərkəzi su xəttindən  26, çəndən 1 nümunə götürülmüşdür.
5 sayda qida məhsulunun kimyəvi müayinəsi, 47 sayda qida məhsulunun bak.müayinəsi aparılmışdır. 47 sayda qida məhsullarının bak.müayinəsi aparılmışdır. Mərkəzi su xəttindən 23 nümunə, qapalı yerdə 117 nümunə işıq və hava cərəyanının ölçülməsi aparılmışdır.
         Nəsimi Qaz İstismar Sahəsi 2015-ci ilin 9 ayı ərzində təbii qazın qəbulu, paylanması və istehlakı zamanı yaranan itkilərin azadlıması, uçotun dəqiq aparılması, qaz təchizatının yaxşılaşdırılması, qarşıda duran bütün problemlərin həll edilməsi üçün tədbirlər görmüşdür.
          Nəsimi QİS üzrə qazdan istifadə edən ümumi abonentlərin sayı  59 278–nəfər təşkil edir. Bunlardan:  58 196-əhali abonenti, 1082-isə qeyri- əhali abonentidir.
o cümlədən: Гeyri-Dövlət müəssisələri -916, Büdcə təşkilatları  -131, Sənaye obyektləri  -35 ədəd təşkil едир, 58 196 sayda ümumilikdə əhali abonentlərinin 3,8%(2214ədəd) mexaniki,  93,4% (54369ədəd) itron,  2,7% (1613 ədəd) Gulf sayğacından istifadə edir. Rayon ərazisində 428652 p/m qaz kəmərinə texniki xidmət göstərilir.   Bunlardan: Orta təzyiqli  -102223 p/m, Yeraltı - 59886 p/m, Yerüstü   -42337 p/m, Aşağı təzyiq  -326429  p/m, Yeraltı - 54476 p/m, Yerüstü          -2719,53 p/m təşkil edir.
          Nəsimi Qaz İstismar Sahəsi 2015-ci ilin 9 ayı ərzində əhalinin qaz təchizatının yaxşılaşdırılması və qəza bərpa işləri ilə əlaqədar aşağıdakı işləri görmüşdür. Rayonun xidməti ərazisində  M.Qaşqay küçəsi ilə S.Rəhimov küçəsindən A.Bakıxanov küçəsinə qədər uzunluğu 1028p/m,  D-325mm aşağı təzyiqli və D-219mm-lik orta təzyiqli qaz kəmərləri 1961-ci ildən istismarda olan və istismar müddəti başa catmış qaz xətlərini ləğv edərək, yeni polietilen yeraltı D-315mm-lik qaz xətti ilə əvəz edilərək istismara verilmişdir.
          Eyni zamanda S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsindən Bül-        Bül prospektinə qədər yeraltı qaz xəttində qaz sızması ilə əlaqədar müxtəlif diametrli yeni 280pm qaz xətləri cəkilərək əhalinin istifadəsinə verilmişdir.
Nizami küçəsi ilə yerüstü keçən D-273mm və D-159mm-lik uzunluğu L-83p/m qaz xətlərinin, polietilen PE-315mm və PE-110mm-lik qaz xətləri ilə əvəz edərək yeraltı çəkilmişdir. Azadlıq prospekti 74-saylı binanın qaz təchizatını yaxşılaşdırılması məqsədi ilə D-89mm-lik uzunluğu L-64p/m yerüstü boru çəkilmişdir. Ümumilikdə müxtəlif diametrli uzunluğu L=1455p/m qaz xətləri çəkilmişdir.  O cümlədən həmin küçələrdə əhalinin qaz təchizatının yaxşılaşdırmaq üçün yeni 22-ədəd ŞQTM quraşdırılmışdır .
  Bakıxanov küçəsində saatlıq gücü 1000m3-lik 1-ədəd və 300 m3-lik 3-ədəd, N.Şahbazov küçəsində 300m3 2-ədəd , E.Tağızadə küçəsində 300m3 1-ədəd, V.Plotnikov küçəsində 300m3 1-ədəd, R.Axundov küçəsində 300m3 1-ədəd, S.Zeynalov küçəsində 300m3 2-ədəd və 100m3 1-ədəd, Rəfili küçəsində 300m3 2-ədəd, S.Əsgərov küçəsində 700m3 1-ədəd və 100m3 1-ədəd, Ş.Əzizbəyov küçəsində 400m3 və 300m3 2-ədəd, Nizami küçəsi 111 ünvanında  500m3 1-ədəd, F.Əmirov küçəsi 500m3 1-ədəd qaz tənzimləyiciləri quraşdırılmış və istismara verilmişdir.
   QİS-in xidməti ərazisində 2015-ci ilin 9 ay ərzində M.Qaşqay, A.Qurbanov, S.Əsgərova, S.Zeynalov, Cavadxan, Ş.Əzizbəyov, S.Rüstəm və digər küçələrdə 2435 ədəd mexaniki qaz sayğacları “Smart-kart” tipli sayğaclar ilə əvəz olunmuşdur.
            2015-ci ilin 9 ay ərzində  37 334 vətəndaşlaр marifləndirilmə işləri aparılmış, mənzildaxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri göstərilmişdir.
  2015-ci ilin 9 ayы ərzində QİS-ə ümumilukdə vətəndaşlar tərəfindən 1207 müraciət daxil olmuşdur ki, onlardan müsbət həll olunub-416,  qismən həll olunub-10,   aidiyyatı üzrə göndərilib- 758,  icradadır-23.
Müxtəlif səbəblərdən 6440 sayda çağrış daxil olmuş və mövcud problemlər yerindəcə mütəxəsislər tərəfindən həll olunaraq aradan qaldlrılmışdır.
   Son 3 ay ərzində QİS-ə ümumilukdə vətəndaşləar tərəfindən 268 müraciət daxil olmuşdur ki, onlardan müsbət həll olunub-4, qismən həll olunub-10,  aidiyyatı üzrə göndərilib- 241, icradadır-23.  Nəsimi QİS-in xidməti ərazisində 2015-ci ilin son 3 ayı ərzində A.Qurbanov, S.Zeynalov, Cavadxan, Ş.Əzizbəyov, S.Rüstəm və digər küçələrdə 124 ədəd mexaniki qaz sayğacları “Smart-kart” tipli sayğaclar ilə əvəz olunmuşdur. 1050 vətəndaşla marifləndirilmə işləri aparılmış, mənzildaxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri göstərilmişdir. Müxtəlif səbəblərdən 2140 sayda çağrış daxil olmuş və mövcud problemlər yerindəcə mütəxəsislərimiz tərəfindən həll olunaraq aradan qaldlrılmışdır.
Nəsimi  rayon İcra Hakimiyyətinin “Qəyyumluq və himayəçilik komissiyası”na  2015-ci ilin III rübü ərzində 158 ərizə və məktub daxil olmuşdur. Onlardan 5-i uşaqla ünsiyyət, 4-ü övladlığa verilmə, 5-i qəyyum təyin olunma, 2-si uşağın xaricə çıxarılması, 4-ü uşağın ilkin qeydiyyata götürülməsi, 7-si doğumun qeydə alınması, 1-i qəyyumluğun ləğv edilməsi, 1-i uşağın digər valideyninin yanında qalması, 2-si ad dəyişmə ilə 1-i isə digər uşaq müəssəsinə köçürülməsi ilə bağlı olmuşdur.
Qalan məktublar isə məhkəməyə çağırış, qətnamə surətləri, müayinə aktları, notariat kontorundan və ASAN xidmətindən daxil olmuş azyaşlıların vərəsəlik hüququnun qorunması ilə əlaqədar olmuşdur.
  Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nəsimi Rayon İcra Hakimiyyətinin aktlarının icrasına yönəlmişdir.
Gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən бир сыра tədbirlər həyata keçirilmişdir:
Рayon gənclərini xalqımızın zəngin tarixi ilə daha yaxından tanış etmək məqsədilə 05 avqust 2015-ci il tarixdə bir qrup rayon gəncinin Qobustan tarixi memarlıq qoruğuna ekskursiyası təşkil olunmuşdur.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyaları, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahinляр” hərbi idman oyununun da keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Bundan başqa 09 iyul 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətində çağırışyaşlı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, intellektual səviyyələrinin artırılması və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə İdarə tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Bundan əlavə 12 аvqust “Beynəlxalq gənclər günü” münasibətilə 12 avqust 2015-ci il tarixdə R.Zorge adına parkda bayram tədbiri,  04 sentyabr 2015-ci il tarixdə isə Bakı Asiya Universitetində gənclərin iştirakı ilə “İslam mədəniyyəti  və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, o cümlədən həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə İdarə tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:
RGİİ  təsdiq olunmuş iş və tədbirlər planına uyğun olaraq rayon üzrə müxtəlif idman yarışlarının keçirilməsini  2 istiqamətdə həyata keçirmişdir:
1. Ümumtəhsil məktəblərinin komandaları arasında XXVII Spartakiadanın 12 növü üzrə yarışlar.
2. Rayon üzrə BTK-lar arasındakı yarışlar.
Hər iki halda çalışılmışdır ki, yeniyetmə və gənclərin fiziki cəhətdən sağlam böyüməsi və onların idmana kütləvi şəkildə cəlb olunması təmin edilsin.
05-09.06.2015-ci il tarixlərdə “Azərbaycan Respublikasında Futbolun inkişafına dair (2005-2015-ci illər) Dövlət Proqramı”nın icrası ilə əlaqədar Nəsimi rayon məhəllə komandaları arasında  “Mini futbol”  yarışı,        06-09.07.2015-ci il tarixlərdə 2002-2003-cü il təvəllüdlü yeniyetmələrarası “Futbol” yarışı üzrə Bakı şəhər çempionatının rayon mərhələsi, 30.06-03.07.2015-ci il tarixlərdə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası “Voleybol” yarışı, 06-08.08.2015-ci il tarixlərdə Nəsimi rayon BTK-lar arasında Voleybol (oğlanlar) yarışı təşkil olunaraq keçirilmişdir.
Bundan əlavə 02-03.09.2015-ci il tarixlərdə İOEUGİM-də “Taekvondo” yarışı üzrə yeniyetmələr arasında rayon birinciliyi, 09-10.09.2015-ci il tarixlərdə Şahmat-dama məktəbində 15 Sentyabr¬¬-“Bilik günü” münasibəti ilə yeniyetmələr arasında “Dama” yarışı,  05-08.09.2015-ci il tarixlərdə 3-cü mikrorayon ərazisində yerləşən sosial futbol məktəbinin meydançasında Nəsimi rayon idarə və təşkilatları arasında “Mini futbol” yarışı təşkil olunaraq  keçirilmişdir.
  1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2.98 kv. km hüdudlarında 84 mindən artıq əhalinin yaşadığı 5 mikrorayonu əhatə edir. 1 nömrəli Nümayəndəlik 2015-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.
           Nümayəndəlik ərazidə xidmət göstərən 23,31, 33,51,65 və 77 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə çalışmış, onların fəaliyyətinin koordinasiya edilməsini təmin etmişdir.
           Ötən 9 ay ərzində İDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq 20 Yanvar küçəsində 20 ədəd, Cavadxan küçəsində 19 ədəd, Moskva prospektində 21 ədəd, H.Seyidzadə küçəsində 10 ədəd, A.Salamzadə küçəsində 30-dan çox şam ağacı əkilmişdir və qurumuşlar yeniləri ilə əvəzlənmişdir.
Ərazidə yerləşən bir сыра küçədə əsaslı təmir işləri aparılmışdır. A.Salamzadə küçəsində 600 kv.m köhnə asfalt örtüyü qaşınaraq  yenisi ilə əvəz olunmuş, 94 ədəd şam ağacı əkilmiş, 1500 kv.m divar ağlayla örtülmüş, 3-cü Alatava tərəfdən 320 m məsafə karbonat material və plastiklə hasara alınmışdır. Tbilisi prospektində Pişəvari küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi daxil olmaqla 240 m köhnə bardür yenisi ilə əvəz olunmuş, 6000 kv.m-dən çox ərazi yeni asfalt örtüyü ilə əvəz olunmuş, 860 kv.m qazon sahəsi salınmışdır. H.Seyidzadə küçəsi 4-cü mkr. dairəsindən R.Məmmədov küçəsinədək 400 m bardür sökülüb yenisi ilə əvəz olunmuş, 8000 kv.m-dən çox ərazi yeni asfalt örtüyü ilə əvəz olunmuş, 20 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. H.Seyidzadə küçəsindən Ə.İsgəndərov küçəsi 5 saylı binanın qarşısınadək köhnə bardür 300 m məsafədə sökülüb yenisi ilə əvəz olunmuş, 3000 kv.m yeni asfalt örtüyü salınmışdır. Pişəvari küçəsində 1300 m köhnə bardür yenisi ilə dəyişdirilmiş, 5000 kv.m asfalt örtüyü yenilənmiş, 20 ədəd işıq dirəyi yenisi ilə əvəz olunmuşdur. Pişəvari küçəsindən 20 Yanvar dairəsinə gedər olan sahədə 600 kv.m qazon örtüyü yenisi ilə əvəz olunmuşdur. Kazımovski küçəsində 1500 kv.m asfalt örtüyü yenisi ilə əvəz olunmuş, kanalizasiya qapaqları dəyişdirilmiş, 4 ədəd işıq dirəyi quraşdırılmış, 1000 kv.m qazon salınmış, 29 A saylı binanın fasadı rənglənmişdir. Cavadxan küçəsində 400 m yeni bardür qoyulmuş, 3-cü mkr. dairəsindən Əcəmi metrosunadək 300 m su və kanalizasiya xətti dəyişdirilmiş, 6000 kv.m köhnə asfalt sökülərək yenisi ilə əvəz olunmuş, 26 və 30 saylı binaların qarşısında 80 kv.m səki daşları dəyişdirilmiş, 26, 30, 34 və 38 saylı binaların yan tərəfləri rənglənmiş, küçəyə 30 ədəd eldar şamı əkilmiş, 4-cü mkr. dairəsindən Kazımovski küçəsi istiqamətdə 200 ədəd dekorativ şam ağacı əkilmiş, 31C saylı binanın arxasında 400 kv.m qazon salınmışdır. Rəşid Məmmədov küçəsində köhnə bardür sökülüb yenisi ilə əvəz olunmuş, 1100 kv.m yeni asfalt örtüyü vurulmuş və yeni işıq dirəkləri quraşdırılmış, 130 kv.m qazon vurulmuşdur. Asif Məhərrəmov küçəsində 20 Yanvar küçəsi ilə kəsişmədə 60 m bardür sökülərək yeni ilə əvəz olunmuşdur. Moskva prospekti "Lukoil" YDM-dək 2400 kv.m köhnə asfalt qaşınaraq sökülüb yenisi ilə əvəz olunmuşdur. 20 Yanvar küçəsində 750 kv.m köhnə qazon örtüyü yenisi ilə əvəz olunmuş, 8 və 60 saylı binaların fasadı rənglənmişdir. Ceyhun Səlimov küçəsində ümumilikdə 300 kv.m sahəyə yeni asfalt örtüyü çəkilmiş, 60 m bardür sökülərək yenisi ilə əvəz olunmuş, yeni işıq dirəyi yerləşdirilmişdir. Rövşən Cəfərov küçəsi 3-cü mkr. dairəsindən 20 Yanvar dairəsi istiqamətdə hər iki tərəfdə köhnə bardürlar sökülərək yeni isə əvəz olunmuş 400 m, 2600 kv.m yeni asfalt çəkilmişdir. 3-cü mkr. dairəsiнин bütovlükdə asfalt örtüyü qaşınaraq yenilənmişdir 2100 kv.m.  Мəhəllədaxili yollara ümumilikdə 11600 kv.m yeni asfalt örtüyü salınmışdır.
Ərazimizdə tikilən uşaq baxçalarından üçü 174 saylı, 147 saylı və Mir Cəlal küçəsi 24 saylı binanın həyətində olan baxça tikilərək tam hazır vəziyyətə gətirilmişdir. Baxçaların ətrafında abadlıq işləri görülmüşdür.
Кüçələrdə və məhəllədaxili küçələrdə 30-dan çox yerdə Təhlükəsizlik kameraları quraşdırılmışdır. Piyadaların küçəni rahat keçməsi üçün 75-ə yaxın piyada keçid nişanı quraşdırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında fevral və mart aylarında əhalinin tibbi müayinəsi aparılmışdır. Ümumilikdə 40.000-dən çox insan 20 saylı poliklinikada müayinədən keçmişdir.
Cari ilin 9 ay ərzində ərazinin sanitar təmizlik vəziyyəti daim nəzarətdə saxlanılmış, nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər ləğv edilmişdir. Qeyri-qanuni küçə ticarətinə qarşı fəal mübarizə aparılmış, belə halların qarşısı vaxtında alınmışdır. 
Nümayəndəliк tərəfindən ərazidə qanunsuz tikintilərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində tədbirlər görülmüş, 9 ay ərzində 11 akt tərtib edilərək Rayon İcra Hakimiyyətinə və digər əlaqədar təşkilatlara göndərilmişdir.
2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi цзря ев Təsərrüfatı  kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən  13, 14, 16, 52 və 59 saylı Mənzil-Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilмиш, ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir. Humanitar  məsələlər şöbəsi tərəfindən həyata keçirilən rayon tədbirlərinin hazırlanmasında yaxından iştirak etmiş, onların daha keyfiyyətli və günün tələbinə uyğun olması üçün yardımçı olmuşdur. Nümayəndəlik 9 ay ərzində rayon İcra Hakimiyyətinin yerlərdə vətəndaşların səyyar qəbullarını təşkil edərək, onları narahat edən məsələlərin yerində həll edilməsinə, səlahiyyətləri xaricində olan problemlərin isə yuxarı təşkilatlar qarşısına qaldırılmasına çalışmışdır. Hesabat dövrü ərzində nümayəndəlik istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına, qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdır.
2015-ci ildə Respublikamızda keçirilmiş 1-ci  Avropa  oyunları ilə əlaqədar 19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyələrinə uyğun olaraq nümayəndəliyin ərazisində yerləşən küçə və parklarda geniş miqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, görülmüş işlər barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilmişdir.
Hesabat dövründə Azadlıq prospekti 38, 40, 44, 53, 55, 56, 57, 59, 61, 63, 65, 67, 70, 72, 73, 75, 77, 103, 105, 107; S.Vurğun 110, 116, Ə.Salamzadə küçəsində yerləşən bir sıra obyektlərin fasadlarına aqlay daşı (isti aqlay) vurulmuş, Tbilisi prospekti, H.Ələsgərov, S.Vurğun küçələrində yeni yaşılıq zolaqları salınmış, Ak.H.Əliyev, M.Qaşqay, H.Ələsgərov küçələrində, Azadlıq prospektində səkilərə tamet daşlar vurulmuşdur. Tbilisi prospektində yerləşən H.Əliyev adına İdman və Konsert Kompleksi əsaslı təmir olunmuş, Kompleksin və Azad olunmuş Enerji abidə-kompleksinin ətrafında geniş miqyaslı abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri, S.Vurğun küçəsində yaşıllaşdırma işləri aparılmış, yeni eldar şamı, leylandra və çinar ağacları əkilmiş, qazon örtüyü vurulmuşdur. Tbilisi prospektində (Neptun mağasasının qarşısı) 300 kv.m. yaşıllaşdırma  aparılmış, yeni ağac və gül kolları əkilmişdir. Tağızadə küçəsi 7 və 9 saylı binaların fasadları əsaslı təmir olunmuşdur. Ə.Salamzadə küçəsində (Tbilisi prospektindən Ceyhun Səlimov küçəsinə qədər) yenidənqurma işləri aparılmış, divarlara 900 kv.m aqlay daşı vurulmuş, qazon örtüyü vurulmuş, hasar çəkilmiş, 1800 kv.m asfalt örtüyü vurulmuş və 300 p/m su xətti dəyişdirilmişdir.
Mərdanov qardaşları küçəsi 84, 89, 117 saylı binaların həyətlərinə ümumilikdə 1200 kv.m asfalt örtüyü  vurulmuşdur. Tbilisi prospektinə (Ə.Salamzadə küçəsindən Hənifə Ələsgərova küçəsinə qədər) qazon örtüyü vurulmuş, ağaclar və gül kolları əkilmiş, səkilərə daş döşənmiş, Mərdanov qardaşları küçəsi 96 və 100 saylı, S.Vurğun küçəsi 81 a saylı binaların, Mirqasımov küçəsi 2 saylı ünvanda yerləşən cərrahiyə korpusunun fasad hissəsi yeni örtüklə üzlənmişdir (işlər yekunlaşmaq üzrədir). S.Vurğun küçəsinə (Bakıxanov küçəsindən S.Salayev küçəsinə qədər) qazon örtüyü vurulmuş və dekorativ ağaclar əkilmişdir. Cəlil Məmmədquluzadə küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən avtomobil servisinin hasarı müasir formada təmir edilmiş və həmin əraziyə dekorativ ağaclar əkilmiş, qazon örtüyü vurulmuş, 2 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. Ak.Həsən Əliyev küçəsinə, Ə.Salamzadə küçəsinə, Tbilisi prospektinə səkiyə tamet daşı vurulmuş, hasar çəkilmiş, dekorativ ağaclar əkilmiş və həmin sahələrə qazon örtüyü vurulmuşdur. S.Vurğun küçəsi 941-ci məhəllə (Ambassador otelinin və Stomotoloji poliklinikanin qarşısı) 950 kv.m tamet vurulmuşdur. Novruzov qardaşları küçəsi ilə Ak.Həsən Əliyev küçəsinin kəsişməsində zibil meydançası tikilmişdir.
Ümumi ərazidə yerləşən zibil konteynerləri rübdə bir dəfə boya ilə rənglənmiş, sıradan çıxmış təkərlər yeniləri ilə əvəz olunmuşdur. N.Yusifbəyli küçəsi (C.Məmmədquluzadə küçəsindən Mərdanov qardaşları küçəsinə qədər) 950 kv.m divarın fasad hissəsi emulsiya boyası ilə N.Vəzirov küçəsinə qazon örtüyü vurulmuşdur. Ə.Qasımzadə, Vaqif, Xan Şuşinski, S.Rüstəm küçələrinin kəsişməsində yerləşən parkda əsaslı təmir işləri aparılmış, 2000 kv.m-ə yaxın daş örtüyü vurulmuş, 100 maşın torpaq yayılmış, 100-dən artıq ağac əkilmiş, lakin işlər R.Behbudov küçəsi istiqamətində yerləşən parkın başlanğıc tərəfindən yol və piyadalar üçün pilləkən səki salınmışdır.
S.Vurğun küçəsi - Bakıxanov küçəsi istiqamətində müxtəlif  növ 300 ədəd ağac əkilmişdir. Zorge parkında və R.Behbudov küçəsində yerləşən parkda “Azərişıq” ASC tərəfindən 2 ədəd yarımstansiya inşa edilmiş və ərazinin yol və səki tərəfində  kabelləşmə işləri davam edir. Bakıxanov küçəsi (R.Behbudov və Azadlıq prospekti)  istiqamətində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən asfalt örtüyü yenilənmişdir.
10 may 2015-ci ildə Ə.Qasımzadə küçəsi 72 saylı ünvanda yerləşən 1 saylı “Körpə Evi”  əsaslı təmir edilərək istifadəyə verilib (H.Əliyev Fondu tərəfindən). Açılış mərasimində Azərbaycanın Respublikasının birinci xanımı, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Bakıxanov küçəsi 35 (Ə.Qasımzadə 72) saylı ünvanda yerləşən 135 saylı uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir (BŞİH tərəfindən). C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda 850 kv.m  qazon örtüyü dəyişdirilmişdir.
R.Behbudov küçəsində yerləşən  parkda “Gulab” MMC tərəfindən yeni beş mərtəbəli ofis binası tikilməkdədir. Ə.Qasımzadə küçəsi 72 saylı binanın həyətinə 120 kv.m, Bakıxanov küçəsinə 2700 kv.m, Ə.Qasımzadə küçəsinə isə 450 kv.m asfalt örtüyü vurulmuşdur. Ak.M.Topçubaşov küçəsi 21 saylı binanın fasadının bir hissəsinin 4860 kv.m, S.Vurğun küçəsi 110 saylı binanın fasadının bir hissəsinə 150 kv.m aqlay daşı vurulmuşdur. M.Qasımov küçəsi 3 saylı binanın həyətinin bir hissəsinə asfalt örtüyü vurulmuşdur. H.Ələsgərov küçəsinə 240 kv.m-lik qazon vurulmuşdur. H.Ələsgərov  küçəsində  yerə 140 kv.m tamet daşı döşənmişdir. İ.Qasımov küçəsində səkiyə 560 kv.m asfalt örtüyü, X.Şuşinski küçəsində isə səkiyə 120 kv.m tamet daşı döşənmişdir. Kaveroçkin küçəsi 21, Dağısatn  küçəsi 25 saylı binaların fasadlar C.Hacıbəyli küçəsi tərəfindən 3200 kv.m rənglənmişdir.
M.Qaşqay küçəsində “Azəriqaz” MMC tərəfindən 150 p/m qaz xətti üzərinə 300kv.m asfalt örtüyü vurulmuşdur. Tbilisi prospektinə (Abbas Səhhət küçəsindən Azər Əliyev küçəsinə qədər) qazon örtüyü salınmış, həmin sahə daş hasarla hörülmüş və həmin hasar 120 kv.m üzlük  daşla örtülmüşdür. Mərdanov qardaşları küçəsi 96 “a” saylı ünvanda 2 ədəd, S.Vurğun 85 saylı ünvanda isə 3 ədəd lift dəyişdirilmişdir.
Cəlil Məmmədquluzadə küçəsi ilə Möhsün Sənani küçəsinin kəsişməsində və Ak.Həsən Əliyev küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsindəki mövcud hasar sökülərək müasir tipli yeni hasarla əvəz olunmuşdur. Hazırda S.Vurğun küçəsi 81 “a”, Mərdanov qardaşları 96, 100, Mirqasimov küçəsi 2 ünvanlarında yerləşən binaların fasad hissəsində üzlüklərin vurulması işləri, Ak.H.Əliyev küçəsi 17 ünvanında isə əsaslı təmir işləri aparılır.
     3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2014-cü ilin 9 ayı ərzində əraziyə xidmət göstərən 15, 17, 41, 48, 49 və  3, 70, 151,159  saylı xüsusi təyinatlı MKİS-лярля sıx əlaqədə fəliyyət göstərmiş, ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, Rayon İcra Hakimiyyətiнин sərəncamı və göstərişlərinin icra edilməsində onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır.
S.Əsgərova, M.Qardaşları, Ş.Əzizbəyov, Azadlıq prospekti, Füzuli, B.Səfəroğlu, Qoqol, Ə.Topçubaşov, Bülbül prospekti, Kiçik Dəniz, R.Rza, S.Rüstəm, Ş.Bədəlbəyli, D.Əliyeva küçələrində ümumilikdə 4200 pm bardür dəyişdirilmiş, 38400 m2 asfalт örtüyü, Ş.Bədəlbəyli 104, 106, Kiçik Dəniz 7 ünvanlarda səkiyə 600 m2 asfalt örtüyü vurulmuşdur. Füzuli küçəsi 37, 39, Tolstoy küçəsi 160 saylı ünvanlarda 350 m2 tamet daşları vurulmuş, B.Səfəroğlu 215,217, K.Dəniz küçəsi və Ə.İbrahimov küçəsində səkilərdə 40 m2 dağıdılmış tamet örtükləri bərpa edilmişdir.
R.Behbudov 17, 30; Qoqol 15; Vidadi 159,163,165; R.Rza 147,149,151 saylı binaların həyətinə ümumilikdə 360 m2 asfalt örtüyü vurulmuşdur.
D.Əliyeva 243-251-253 saylı binaların qarşısında geniş ərazidə abadlıq işləri aparılmış, 1400m2 tamet döşənmiş, 1800m2 ot örtüyü vurulmuş, 1100p/m bardur vurulmuş, 260p/m su xətti dəyişdirilmiş, 350 ədəd ağac əkilmişdir.
Nümayəndəlik tərəfindən  Ü.Hacıbəyov küçəsi 66 saylı ünvanda abadlıq işləri aparılmış 100 m2 sahədə qazon salınmыş və güllərədn kompazisiya yaradılmışdır. Eləcə də Ü.Hacıbəyov küçəsində 60-dan çox yaşıl kollar və müxtəlif güllər əkilmişdir. Bundan əlavə nümayəndəlik tərəfindən S.Vurğun küçəsi 69 və 75 saylı ünvanlarda yol kənarında 120 m2 qazon salınmışdır. 10-a yaxın kol və ağaclar əkilmişdir.
Ü.Hacıbəyov, 28 May, Ş.Bədəlbəyli, F.Əmirov küçələrində qurumuş ağaclar kəsilmişdir. Azadlıq prospekti 14 ünvanında 7 ədəd ardıc ağacı əkilmişdir.
Ərazidə küçələrə ümumilikdə 241 ədəd zibil qutusu qoyulmuşdur. Ərazidə MKİS-lər üzrə 50 ədəd zibil konteyner təmir olunaraq təkərləri dəyişdirirlmiş, 76 ədəd konteyner rənglənmişdir.  Ərazi üzrə məhəllədaxili  işıq dirəkləri, küçədə ki işıq dirəkləri və qaz xətləri rənglənmişdir. M.Qaşqay küçəsində yeraltı qaz xətləri dəyişdirilmişdir. S.Vurğun 30 ünvanında 10 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır.
S.Rəhimov 197, Xətai 4, S.Əsgərova 174, Füzuli 79, M.Qaşqay 12, R.Rza 66,68; B.Səfəroğlu 137, 180, 191; Vidadi 155, 161, 185, 187, 189/29; Ə.Quliyev 130,133; Qoqol küçəsi 5, D.Əliyeva 186, 28 May 20, 56; F.Əmirov 10, Tramvay döngəsi 7 ünvanlarında 1240m2 dam örtüyü cari təmir edilmişdir.
Ə.Hüseynzadə 74 ünvanında yerləşən Yasamal Telefon Qovşağının 594, 595 ATS –də əsaslı təmir və yenidənqurma işləri, Tolstoy küçəsi 187 ünvanda yerləşən 1 saylı tam orta məktəbin əlavə korpusunun tikintisi başa çatdırılmışdır. Bundan əlavə Dəmir Yol sərnişin Vağzalının yenidən qurulması ilə bağlı əsaslı təmir tikinti işləri aparılır, mehmanxana əsaslı təmir olunur. Dəmir Yol İdarəsinin İnzibati binasının dam örtüyü yenidən qurulmuşdur.
Bülbül prospekti 16 ünvanda yerləşən Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecində, Ç.Mustafayev adına uşaq və gənclər yaradıcılıq mərkəzində, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə yataqxanasının fasad hissəsində əsaslı təmir işləri aparılır.
2015-2016-cı illər payız-qış mövsümü ilə bağlı zəruri tədbirlərin görülməsi, xüsusilə yaşayış binalarının, xüüsusilə mənzil fondunun mövsümə hazırlığı, məktəb və məktəbəqədər müəssisələrin hazırlığı, rayon ərazisindəki müəssisə və təşkilatların hazırlığı, isyilik (noyabr ayının 15-i)  mövsümünə hazırlıq, rayonun aidiyyəti xidmət sahələri tərəfindən fasiləsis qaz, elektrik enerjisi, su təchizatının təmin edilməsi, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar tərəfindən qışa hazırliq ilə bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdirı.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar və aprel, ийул aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Sentyabr ayının 11-də RİHBA-da keçirilən  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və   yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Sonda  qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 200 uşağa məktəbli forması hədiyyə edilmişdir.
«Bilik günü» ənənəvi olaraq Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 25 orta məktəbdə dərslərə başlanmışdır.  
Tədbirlərdə ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışılmış və bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılmış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Ənənəvi «Bilik günü» tədbirlərində rayon rəhbərliyi  ilə yanaşı Milli Məclisin üzvləri, RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.
Cari ilin 9 ayında rayon ərazisində 172  müxtəlif yanğın hadisəsi qeydə alınmış və Nəsimi rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülmüşdür.
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibəti ilə təşkil olunmuş bayram tədbiri olmuşdur.
Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi  rayon İcra Hakimiyyəti рящбярлийи müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 2000-dən çox ailəyə qurban payları təqdim ediləcəkdir.
Tədbirdə çıxış edən  ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
2015-ci ilin doqquz ayı ərzində «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin doqquz ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1310  ərizə və müraciəti ( 2014-cü ilin 9 ayında 1483 ərizə)   daxil olmuşdur.
Onlardan 316-ы  Prezidentin Administrasiyasından, 19-u    Milli Məclisdən, 31-i Nazirlər Kabinetindən, 284-ü Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 660-ы vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 212-и təkrar, 175-i kollektiv  ərizələrdir.
Keçən ilin doqquz ayı ilə müqayisədə müraciətlərin sayı 173 ədəd azalaraq 1310 təşkil etmişdir.
Sentyabr ayı ərzində rayon İcra hakimiyyətinə 167 müraciət daxil olmuşdur. Bu müraciətlərdən 94-ü vətəndaşlardan, 35-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 38-i isə digər mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuşdur. Daxil olmuş 167 müraciətin 133-ü ərizə, 34-ü şikayət xarakterli olmuşdur. Ay ərzində icraatda olan müraciətlərin 29-u müsbət həll olunmuş, 39-u barədə müvafiq izahat verilmiş, 3-ü aidiyyatı üzrə göndərilmiş, digərləri icraatdadır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin  nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələbərinə uyğun olaraq sentyabr ayında işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.
Azərbaycan Respubliksı Prezidentinin 2014-cü il 02 aprel tarixli 359 №-li sərəncamı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»ya uyğun olaraq Dövlət orqanlarındaelektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri  üzrə kargüzarlığın elektron formada aparılması məqsədilə Аzərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli 503 №-li Fərmanın icrası ilə bağlı zəruri tədbirlərin görülməsi, xüsusi elektron informasiy sistemi ilə işləmək bacarığı artırılmalı, sistemə daxil edilən məlumtların dəqiqliyi, tamlığı və etibarlılığının təmin dilməsi istiqamətində işlər rayonun bu sahəyə cavabdeh strukturları tərəfindən davam etdirilmişdir.
Vətəndaşlrın qəbulu qrafikinə uyğun olaraq RİH Başçısı, müavinlər və şöbə müdirləri tərəfindən həyata keçirilmişdir.
Hesabat dövründə Аzərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbəri, Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məsqsədilə rayon İcra hakimiyyəti Başçısı Aparatı, yerli strukturlar tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər