“Skalper” xəstələrə yardım ictimai birliyi
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyinin “Məişət gigiyenası və gənclərdə tibbi-gigiyenik bİlik və vərdişlərin inkişafı kompaniyaları” layihəsi çərşivəsində 28 oktyabr 2015-ci il tarixdə Bakı Slavyan Universitetində gənclər üçün gigiyena və tibbi vərdişlərə dair maarifləndirmə görüşü keçirilmişdir. Görüşdə şagirdlər, tələbələr, müəllimlər, Universitet rəhbərliyi, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi, Universitet Valideyn-Müəllim Assosiasiyasının rəhbəri iştirak etmişlər.
Universitetin prorektoru Telman Cəfərov görüşü açaraq iştirakçıları rəhbərlik adından salamladı bu mövzuda gənclər üçün tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətini qeyd etdi. Layihənin eksperti Şahin Rəcəbov gənclərə gigiyena, tibbi bilik və vərdişlər haqınnda geniş məlumatlar vermiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır. “Skalper” xəstələrə yardım ictimai birliyinin sədri doktor Səlim Əskərov da sağlamlıq və tibbi biliklər barədə bəzi məlumatları verərək, gənclərə öz tövsiyyələrini verdi. Slavyan Universitet nəzdindəki məktəbinin Valideyn Müəllim Assosiasiyasının rəhbəri Elmira Əliyeva tədbir təşkilatçılarına minnətdarlığını bildirərərk, gənclərin belə tədbirlərə çox ehtiyacı olduğunu qeyd edərək, belə tdəbirlərin tez-tez keçirilməsini təklif etdi. Gənclərə gigiyenik vasitələr (diş pastası, fırçası, yaş salfet və s.), habelə, gigiyena qaydalarını təşviq edən bukletlər paylanılmışdır.