Narkotik vasitələrin məhv edilməsi
31 oktyabr 2015 | 16:00
Nəsimi rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Komissiya"nın üzvlərinin iştirakı ilə 29.10.2015-ci il tarixdə rayonun Polis İddarəsinin 20-ci polis bölməsində 58 nəfər vətəndaşdan müsadirə edilmiş 20,721 qram heroin, 140,621 qram tiryək, 55,47 qram həşiş qətranı, 1,593.19 qram marixuana yandırmaqla məhv edilmişdir.