Nəsimi rayonu 5 nömrəli tam orta məktəbdə şagirdlər Bayraq Gününü qeyd etdilər
Nəsimi rayonu 5 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdi .06 noyabr tarixdən ilk dərslər ``Bir dəfə yüksələn bayraq bir daha enməz``mövzüsuna həsr olunmuşdu.Bu dərslərdə uşaqlar dövlət atributları haqqında geniş məlumatlar aldılar və müxtəlif təqdimatlar etdilər.
Həmin gün məktəb foyesində isə şagirdlərin``Bayraq bizim ürəyimiz,o, bizim dövlət rəmzimizdir!``adlı kreativ əl işlərindən ibarət möhtəşəm sərgi təşkil olunmuşdu. Sərgidə 3 rəngli bayrağımızı simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdı.
Daha sonra məktəbin qonaqları—Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Anar Qədiməliyev, “Təhsil və zaman” qəzetinin baş redaktoru Böyükağa Mikayıllı, Nəsimi rayon icra hakimiyyətinin əməkdaşları Xalid Kərimov və Vəfa İsmayılova , F.Köçərli adına kitabxananın xidmət şöbəsinin işçiləri Tağıyeva Ülviyyə, Hacıyeva Fəridə akt zalında şagirdlərin iştirakı ilə hazırlanan ``Bayrağımız qürur mənbəyimizdir!`` adlı ədəbi bədii tamaşaya baxmağa dəvət olundular.
Tədbir boyu qonaqlar şagirdlərin vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək,mövzu ilə bağlı video çarxları izlədilər. Tədbirin ən yadda qalan anı Dövlət Bayrağımızın təntənəli surətdə akt zalına gətirilməsi oldu. Tədbir boyu Azərbaycan bayraqları şagirdlərin əllərində zalda dalğalanırdı.
Kompozisiyadan sonra qonaqlar həyətdə birincilərin öz əlləri ilə hazırladıqları bayraqların valideynlərə hədiyyə olaraq paylanmasının şahidi oldular.
Tədbir üç rəngli geyimdə olan məktəb şagirdlərinin vətənpərvərlik ruhunda olan Flashmob töhvəsi ilə başa çatdı.