Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ailəsi film festivalı keçirilmişdir

07 noyabr 2015 | 16:00

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımızın adət-ənənələrinin, milli və ümumbəşəri dəyərlərinin qorunması, yaşlı nəslə ehtiram və hörmətin bəslənməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği kimi mövzular ətrafında mütəmadi olaraq, maarifləndirmə layihələrini həyata keçirir.

Bu sahədə aparılan işlərin bir hissəsi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu 2009-2015-ci illər ərzində əməkdaşlığı çərçivəsində sayca 7-ci olan “Azərbaycan ailəsi” film festivalını böyük uğurla həyata keçirmişlər.
Artıq ikinci ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəkilə” adlı fotomüsabiqə də işini davam etdirir.
Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsində 24 iştirakçı tərəfindən təqdim edilmiş  30 film və 94 fotoşəkil iştirak edir.  Bunlardan 9 xarici film (İsveç Krallığından 5 film, Macarıstan Respublikasından 2 film, Rusiya Federasiyasından 1 film, İran İslam Respublikasından 1 film) və qalanları milli mütəxəssizlərimiz tərəfindən təqdim edilmişdir.
Festivalda təqdim olunan işlər festivalın məqsəd və ideyasına uyğunluğu, ideyanı açıqlanma səviyyəsi və orijinallığı kimi xüsusiyyətləri Azərbaycanın görkəmli elm, mədəniyyət xadimlərindən ibarət olan münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və qaliblər 6 nominasiya üzrə (“Ən yaxşı film”, “Ən yaxşı tələbə işi”, “Ən yaxşı xarici film”, “Ən yaxşı TV layihəsi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı fotoşəkil”) müəyyən edilmişlər.
Əsas mükafatlara əlavə olaraq, müvafiq dövlət qurumları tərəfindən 12 film və 5 fotoşəkil xüsusi fərqlənən iş kimi qiymətləndirilib.
VII Beynəlxalq “Azərbaycan ailəsi” film festivalının təntənəli bağlanış mərasimi 06 noyabr 2015-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. Film Festivalında Beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri iştirak etmişdirlər.

"Həyatdan şəklə" adlı fotomüsabiqənin qalibi Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır. 

Keçidlər