Nəsimi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü il dönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir
18 noyabr 2015-ci il tarixdə Azərbaycan Universitetinin akt zalında Azərbaycan Universiteti, “Səs” Media qrupunun və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev və Universitetin professor – müəllim heyəti, tələbələr iştirak etmişlər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu önündə əks etdirən film nümayiş etdirilmiş, çıxış edənlər Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan geniş söhbət açdılar. Bir daha qeyd olundu ki, son illər qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yoldadır və inamla irəliləyir. Bu yol Heydər Əliyev yolundan Heydər Əliyev siyasəti, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.