Şriftin ölçüsü :

Saytın rəngi :

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

19 noyabr 2015 | 16:00

19 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin akt zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu özündə əks etdirən filmin nümayişi ilə başlanılmışdır. Sonra Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı, Millət vəkili Bahar Muradova və Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək qeyd etdilər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası artıq bu gün həm ölkə daxilində, həm də regionda bir lider partiyaya çevrilmişdir. Dahi öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezident cənab İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolunu keçmişdir. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyası qüvvəyə çevrilmişdir.
Bu gün mövcud iqtidarın monolit birliyi nəticəsində Milli Liderimizin qurub yaratdığı Azad, Müstəqil, Demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezidentimiz İlham Əliyev cənablarıdır.

Tədbirin sonunda bir qrup ilk partiya təşkilat sədrləri rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən fəxri fərmanı ilə təltif olunmuş, bir qrup gəncə isə YAP-nın üzvlük vəsiqələri təqdim edilmişdir.

 

Keçidlər