Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq quruculuq işləri vüsət alır

23 noyabr 2015 | 16:00

Son aylar Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılmışdır. Hal-hazırda 4-cü mkr ərazisində Mir Cəlal küçəsi boyunca 3 hektara yaxın sahəni əhatə edən ərazidə yeni park salınır. Parkın ətrafında yerləşən Mir Cəlal küçəsi 2, 4, 16, 18, 36, 38, 40, 46 və 48 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılır, binaların dam örtüklərindən yağış sularını axıdan su novalçaları və borular yeniləri ilə əvəz olunur.
Əhalinin asudə vaxtlarını səmərəli keçirilmələri üçün mövcud parklarda yeni işıq dirəkləri quraşdırılır, əhalinin istirahəti üçün yeni söhbətgahlar, uşaqlar üçün əyləncəli idman qurğuları salınır.
Hal-hazıradək mikrorayon ərazisində (Moskva prospekti 96, 20 Yanvar 32 və Cavadxan küçələrində) ümumilikdə 22 binanın fasadı əsaslı təmir edilmiş, həmin binalarda tikinti normalarına cavab verməyən qeyri qanuni inşa edilmiş 126 eyvan sökülmüş, yeni müasir eyvanlar tikilmiş, binaların qapı və pəncərələri yenilənmiş, fasadları isə yüksək keyfiyyətli boya ilə rənglənmişdir.
20 Yanvar küçəsi ev 32-də blokların girişlərinə kodlaşdırılmış qapılar qoyulmuş və pəncərələri yenisi ilə əvəz olunmuşdur.
Əhalinin ümumi istifadəsində olmalı olan, lakin özbaşına hasara alınmış      4-cü mkr ərazisində yerləşən Cavadxan küçəsi 15, 19, 23A saylı binaların həyətlərindəki hasarlar sökülmüş, ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
Cavadxan küçəsi 27A, 29 saylı binanın fasadları əsaslı təmir olunmuş, yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunaraq həmişəyaşıl ağaclar və gül-çiçək kolları əkilmişdir. M.Kazımovski küçəsi boyunca yolun kənarında yeni qazon örtüyü salınmış, yaşıllaşdırma işləri aparılmışdır.
20 Yanvar 23A saylı binanın fasadı əsaslı təmir olunmuş, ətrafında səliqə-səhman yaradılmış, 20 Yanvar küçəsindən Texniki Humanitar Liseyə gedən yol boyu bir sıra yaşayış binalarında əsaslı təmir işləri aparılmış, yeni yaşıllıq zolaqları salınmış, gül-çiçək kolları əkilmişdir. Moskva prospekti boyunca mövcud yaşıllıq zolaqlarına qulluq edilməsi nəzarətə götürülmüş, həmin prospektdə yerləşən körpüyə paralel yararsız vəziyyətdə olan yaşıllıqlar yenilənmiş, ərazidə yerləşən 16 mərtəbəli binanın fasadı yüksək keyfiyyətli boya ilə rənglənmişdir.
Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzatərdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

 

Keçidlər