Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilmişdir

24 noyabr 2015 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr» mövzusunda rayon müşavirəsi keçirilmişdir.

Nəsimi rayon rəhbərliyi, ərazi nümayəndəliklərinin, bələdiyyənin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və  təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin, Regional Mülki Müdafiə şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən müşavirəni Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov açaraq qonaqları salamlamış, bu tədbirin FHN-nin yaradılmasının 10 illik yubileyi ərəfəsində keçirildiyini bildirmiş, bu sahədə çalışanları təbrik etmiş, tədbirin məqsədi barədə məlumat vermişdir. Bildirilmişdir ki, rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar    Yanğınların profilaktikası və yanğın təhlükəsizliyinin təmin olunması, bu hadisələr zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının roluna həsr olunmuş silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmamazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq rayon üzrə irəli gələn vəzifələr, müvafiq tədbirlərin görülməsinin müvafiq tədbirlərin görelməsini davam etdirilməsinin vacibliyi davam etdirilməsinin vacibliyi müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Nəsimi rayonunda 2014-2015-ci illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırdı, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış etdi, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirməsi istiqamətində qarşıda duran vəzifələrdən danışdı.
FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”  mövzularında təqdimatlarla çıxış etmiş,  yanğınların baş vermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Nəsimi rayon Mənzil Komunal Təsərrüfat Birliyinin, Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının nümayəndələri tərəfindən “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etdilər. Çıxışlar zamanı görülən işlər, hələ də mövcud olan problemlər və onların həlli istiqamətində atılmalı olan addımlar barədə məlumat verildi.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş etdirildi.

 

 

Keçidlər