Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər keçirilir

26 noyabr 2015 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə”  rayon komissiyası rayon Polis İdarəsi ilə birlikdə 25-26 noyabr 2015-ci il tarixdə 111 və 211 saylı orta məktəblərdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbirlər keçirilmişdir.
Tədbirdə rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyev, Polis İdarəsinin Veteranlar Şurasının sədri Məcid İmaməliyev, Yetkinlik Yaşına Çatmayanlar üzrə İşin Təşkili Bölməsinin inspektoru Faiq Sayadov, 5 saylı şəhər Poliklinikasının müavini Təranə Ağababayeva çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etmişdilər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbiririn sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

Keçidlər