Nəsimi rayonunda "Açıq əyləncəli futbol məktəbi" layihəsi çərçivəsində tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. İdman hərbir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğu üçün Azərbaycan dövləti idmanın inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Ölkəmizdə xüsusilə son illərdə tikilən olimpiya idman kompleksləri məhz idmanın inkişafına xidmət edən amillərdəndir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramı" müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoymuşdur.
Sərəncamın icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatı və AFFA-nın təşkilatçılığı ilə 54 saylı tam orta məktəbdə "Açıq əyləncəli futbol məktəbi" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın qazandığı uğurlardan danışmış, keçirilən layihə barədə məlumat verərək bu layihənin dünyanın 32 ölkəsində keçirildiyini bildirmişlər.
Tədbirin sonunda "Açıq əyləncəli futbol məktəbi" layihəsi çərçivəsində 150 nəfər məktəbliyə futbol ləvazimatları hədiyyə edilmişdir.