Narkomaniya və zərərli vərdişlərə YOX deyirik !!!
Narkomaniya və zərərli vərdişlərə YOX deyirik !!!
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomaniya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın tədbirlər planına əsasən 15 dekabr 2015-ci il tarixdə Nəsimi rayonu 5N-li tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur. Tədbir öncəsi qonaqlar mövzu ilə bağlı təşkil olunmuş dərslərin iştirakçıları olub,daha sonra isə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirtdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini qeyd edərək narkomaniyanın bəşəriyyət üçün faciəyə çevrildiyini və bütün zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbir boyu qonaqlar Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayon polis idarəsinin rəisi, polis polkovniki Musa Musayev, rəis müavini, polis pokovnik leytenantı Vüsal Rüstəmov, Səhiyyə Nazirliyi yanında “İctimai Səhiyyə və İslahatlar mərkəzi”nin həkimləri şagirdləri maraqlandıran sualları cavablandırıb, narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmişdir.
Tədbirin sonunda məktəbin 9L sinif şagirdi Əliziya Rəhman bütün şagirdlər adından gələn qonaqlara onların nəzərini zalda yerləşdirilən “Dəyər” ağacına yönəltdi. O, qeyd etdi ki, bu gün Azərbayan gəncləri sağlam həyat tərzi keçirməyə çox boyük dəyər verir və bununla bağlı məktəbimizin şagirdləri öz dəyərli fikirlərini “Dəyər” ağacından asıblar. Sonda qonaqlar da simvolik olaraq sağlam həyat tərzi haqda qeyd etdikləri fikirlərini bu ağacdan asdılar.
Tədbir məktəbin “Virus” qrupunun rəqsi ilə tamamlandı.