Şriftin ölçüsü :

Saytın rəngi :

Dinimiz milli-mənəvi sərvətimizdir

16 dekabr 2015 | 16:00

08 dekabr 2015-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın keçirilən geniş iclasından sonra Nəsimi rayon Gənclər və İdman idarəsi tərəfindən ali təhsil müəssisələrində maarifləndirici silsilə tədbirlər təşkil edilib keçirilir.

16 dekabr 2015-ci il tarixdə Bakı Slavyan Universitetində Tələbə Gənclər Təşkilatlarının və tələbələrin iştirakı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Dini işlər üzrə Dövlət Komitəsinin nümayəndəsi Cahandar Əlifzadə, Dünya Azərbaycanlı Gənclərinin Həmrəylik Cəmiyyətinin Prezidenti Tofiq Əlizadə, BSU-nun fakultə dekanı Əsgər Əhməd çıxış edərək ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən danışdılar. Tədbirdə Azərbaycanda mövcud olan dini tolerantlq və dövlət din münasibətlərinin digər ölkələrə örnək olduğu vurğulanmşdır.
Dəyirmi masada iştirak edən gənclər Nardaran hadisələrinə və “Müsəlman Birliyi hərəkatı” adlandırılan qondarma qurumun təxribatçı əməllərini qətiyyətlə pisləyib, bu hadisənin ölkəmizə qarşı xəyanət kimi qiymətləndirdilər. Tələbə Gənclər təşkilatlarının üzvləri qeyd etdilər ki, bu cinayətkar qurumun əməllərini ifşa etmək üçün hər kəs öz vətəndaşlıq mövqeyini bildirməlidir.
Tədbirdə iştirak edən qonaqlar gənclərlə birlikdə mövzu ətrafında müzakirələr apararaq onları maraqlandıran suallara cavab vermişlər.

Keçidlər