Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı

08 yanvar 2013 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı Cəfərova Şəfəq Əjdər qızı 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1978-1994-cü illərdə SSRİ Neft – Kimya sənayesi Nazirliyinin təyinatı ilə Azərbaycan Dövlət Kimya və Neft emalı Sənayesi Müəssisələrinin Layihələndirilməsi İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1994-cü ildən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsində işləyir. 2010-cu ilin mart ayından həmin şöbədə müdir vəzifəsində çalışır.
Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərin təltif edilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə Cəfərova Şəfəq Əjdər qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Biz də Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları adından Şəfəq xanımı təbrik edir, ona fəaliyyətində daha böyük uğurlar və can sağlığı arzulayırıq.
 

Keçidlər